Bu ölkələr gəlir vergisi tətbiq etmirlər – SİYAHI | Banco.az

Bu ölkələr gəlir vergisi tətbiq etmirlər – SİYAHI

Bildiyimiz kimi, gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Əsasən vergi ödəyən gəliri əldə etdikcə bu öhdəliyi yerinə yetirir. Ancaq dünyanın bəzi ölkələrində yaşayan insanlar bu vergidən azaddırlar. Sözügedən ölkələr aşağıdakı siyahıda göstərilmişdir.

  1. Baham adaları
  2. Bəhreyn
  3. Bruney
  4. Kayman adaları
  5. Küveyt
  6. Maldiv adaları
  7. Monako
  8. Nauru
  9. Oman
  10. Qətər
  11. Sent-Kits və Nevis Federasiyası
  12. Somali
  13. Birləşmiş Ərəb Əmirlikləri
  14. Vanuatu
  15. Qərbi Saxara

Ola bilsin ki, siz heç vaxt adları çəkilən ölkələrdə yaşamamısınız, və ya həmin ölkələrə səfər etməmisiniz, hətta siyahıdakı bəzi ölkələrin yaşamaq üçün əlverişli olmadığını da düşünəcəksiniz.

Baham adaları

Image result for bahamas

Dünyanın ən məşhur turist destinasiyalarından biri olan Baham adalarının (Bahama) gəlir dövriyyəsini sabit saxlamaq üçün sakinlərdən tutulan gəlir vergisinə ehtiyacı olmaması heç də təəccüblü hal deyil.

Möhtəşəm çimərlikləri və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Bahama gəlir vergisi tətbiq etməyən ölkələr içərisində ən çox yaşanıla bilən ölkələrdən biridir. Əgər kifayət qədər pulunuz varsa, bu ölkədə özünüzə ikinci yaşayış yeri qura bilərsiniz.

Müvəqqəti yaşayış icazəsi almaq çox asandır, belə ki, immiqrasiya idarəsində tələb edilən 1000 dollar məbləğində rüsumu ödəməlisiniz. Xatırladaq ki, bu icazə sənədini hər il yeniləmək lazımdır.

Bahamada gəlir vergisi vermək məcburiyyətində olmasanız da, kifayət qədər külli məbləğdə vəsaitiniz olmalıdır ki, burada yaşayasınız.

Bəhreyn

Bahrain countries with no taxes

Bir çox İran Körfəzi ölkələri kimi Bəhreyn də sakinlərindən gəlir vergisi tələb etmir.

Bəhreyn ərazisindəki neft ehtiyyatlarını kəşf edən ilk İran Körfəzi ölkəsidir. Bunun sayəsində Bəhreyn dünyanın ən varlı ölkələri içərisindədir.

Bu ölkədə yaşamaq olduqca asandır. Ancaq İran Körfəzi ölkələrinin əksəriyyətində olduğu kimi Bəhreyndə də daimi yaşayış icazəsi almaq çox çətindir. Belə ki, bunun üçün siz təqaüdə çıxmış olmalı, 135 min dollar məbləğində şəxsi mülkə sahib olmalı və ya 270 min dollar həcmində Bəhreyn firmalarına yatırım etməlisiniz.

Bu ölkədən vətəndaşlıq əldə etmək isə xüsusilə çətin prosesdir. Bunun üçün siz 25 il boyunca davamlı şəkildə ölkədə yaşamalı və ərəb dilini mükəmməl bilməlisiniz.

Bruney

Brunei countries with no income tax

Bruney sakinlərini vergidən azad edən maraqlı ölkədir, ancaq əksər insanlar burada yaşamaq istəmirlər.

Malay arxipelaqının Kalimantan adasında yerləşən Bruney Krallığı da həmçinin zəngin neft ehtiyatları səbəbilə gəlir vergisinə ehtiyac duymayan ölkələrdən biridir.

Bəhreyn və Bahama kimi Bruney də yaşamaq üçün olduqca çətin ölkədir.

Əhalisi xaricilərə qarşı xoş görülü deyil, ölkə isə diktatorluq rejimi ilə idarə olunur.

Daimi yaşayış icazəsi və ya vətəndaşlıq almaq üçün isə Bəhreyn Kralının razılığını əldə etmək lazımdır.

Kayman adaları

Cayman Islands countries with no taxes

Bahama kimi Kayman adaları da ecaskar çimərlikləri ilə turistlərin böyük marağına səbəb olduğu üçün gəlir vergisinə ehtiyac duymur.

Bununla belə əgər burada uzun müddətli yaşamaq istəyirsinizsə, böyük məbləğdə yatırım etməyə özünüzü hazırlamalısınız.

Küveyt

Related image

Siyahıda adı qeyd edilən əksər İran Körfəzi ölkələri kimi Küveyt də nəhəng neft sənayesinin sayəsində gəlir vergisinə ehtiyac duymur.

Bu ölkə dünyanın miqrantlara qarşı ən tolerant ölkələrindən biridir.

Xarici vətəndaşlar ümumi əhalinin 2/3 hissəsini təşkil edir və deyə bilərik ki, Küveyt Amerika mədəniyyətinin təsirinə kifayət qədər məruz qalmışdır.

Maldiv adaları

Related image

Suyun üzərində inşa edilmiş bunqaloda (Kiçik turist mehmanxanası - adətən, dəniz sahilində yüngül materiallardan inşa olunur.) heç bir vergi ödəmədən yaşadığınızı xəyal edə bilirsinizmi?

Siz bu xəyalı Cənubi Sakit Okean hövzəsindəki kiçik ada dövləti olan Maldiv Respublikasında gerçəkləşdirə bilərsiniz.

Həddindən artıq çox sayda və olduqca bahalı kurort ərazilərinin sayəsində Maldiv adaları gəlir vergisinə ehtiyac duymur.

Gəlir vergisi ödəmədən burada yaşamaq xoş səslənsə də, uzun müddətli məskunlaşmaq demək olar ki, mümkün deyil.

Daimi yaşayış icazəsi və ya vətəndaşlığa müraciət etmək üçün sünni müsəlman icmasına məxsus olmaq zəruri şərtdir. Hətta siz müsəlman olsanız belə, ölkənin daimi yaşayış icazəsi üçün xaricilərin müraciət etməsi məqsədilə yaradılmış hər hansı bir proqramı yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Monako

Monaco countries with no income tax

Fransız Rivierasına daxil olan bu əsrarəngiz ölkə olduqca təhlükəsiz və dəbdəbəlidir.

Üstəlik digər vergidən azad ölkələrdən fərqli olaraq vətəndaşlıq əldə etmək də daha asandır. Bununla belə, siz öz sərvətinizi sübut etmək üçün milyon dollar məbləğində vəsait xərcləməlisiniz. Həmçinin xatırladaq ki, Monako milyarder xaricilərin ən çox müraciət etdikləri ünvan olduğundan məskunlaşmaq üçün lazımi proseduralar olduqca sadədir.

Nauru

Image result for nauru

Nauru Papua Yeni Qvineyanın şərqindəki adacıqlar qrupu olan Mikroneziyada yerləşən kiçik ada dövlətidir.

Nauru hökumətin iqtisadiyyatı yüksək səviyyədə saxlamaq üçün gördüyü tədbirlərin sayəsində sakinlərindən gəlir vergisi tələb etməyə ehtiyac duymur.

Oman

Oman countries with no income tax

Neft və qaz sənayesinin hesabına digər Orta Şərq ölkələri kimi Oman da sakinlərindən gəlir vergisi tələb etməyə ehtiyac duymayan olduqca zəngin və sahibkarlığa meyilli dövlətdir.

Zəngin neft və qaz ehtiyyatlarının olmasına baxmayaraq, Oman iqtisadiyyatda çox çeşidliliyi təmin etmək və yeni imkanlar üçün müxtəlif bazarlara çıxmağa böyük səy göstərir.

Oman hökuməti rəsmi internet saytında daimi yaşayış müraciəti üçün Investor Residence Visa təklif edir.

Oman mədəniyyəti çox mühafizəkar olduğu üçün burada yaşamağın özünəməxsus çətinlikləri var. Məsələn, qeyd edə bilərik ki, ölkə ərazisində bir butulka şərab almaq üçün polis idarəsindən rəsmi icazənin olması zəruridir.

Qətər

Image result for qatar

İlk baxışda Qətər İran Körfəzində yerləşən qonşu dövlətlərə çox oxşar görünür.

Bu kiçik, zəngin ölkə öz sərvətini neft sənayesinin hesabına əldə etmişdir. Ölkənin mədəniyyəti olduqca mühafizəkar olsa da, son illərdə xarici yatırımlar və məskunlaşmalar sayəsində nisbətən dəyişikliyə məruz qalmışdır.

Bütün oxşar cəhətlərə baxmayaraq, Qətər müstəsna inkişaf səviyyəsinə və dünyanın siyasi arenasında aparıcı roluna görə valehedici ölkədir.

Sent-Kits və Nevis

Image result for saint kitts and nevis

Gəlir vergisi ödəmədən və asan yaşayış icazəsi ala biləcəyiniz bir yer axtarırsınızsa, Sent-Kits və Nevis Federasiyası məhz həmin ünvandır.

İran Körfəzində yerləşən əksər ölkələrdən fərqli olaraq burada daimi yaşayış icazəsi almaq üçün çətin şərtlər tələb edilmir.

Somali

Məqalənin əvvəlində qeyd edildiyi kimi, siyahıdakı bəzi ölkələr yaşamaq üçün kifayət qədər əlverişli deyil. Somali də şübhəsiz ki, həmin ölkələrdən biridir.

Bu ölkənin gəlir vergisi tətbiq etməməsinin birinci səbəbi uğursuz dövlət statusuna sahib olmasıdır. Ölkə 1990 – cı illərdə vətəndaş müharibəsinə sövq edildikdən sonra hökumət nəzarəti bərqərar etməkdə çətinlik çəkdi. Seperatçı qüvvələr hələ də ölkə ərazisinin böyük əksəriyyətinə nəzarət edir.

Hazırda ölkənin vəziyyəti nisbətən qənaətbəxşdir.

Birləşmiş Ərəb Əmirlikləri

Related image

İqtisadi Azadlıq İndeksinə görə, Birləşmiş Ərəb Əmirlikləri ticarətə açıqlığı və aşağı vergilər səbəbilə dünyanın 10 ən azad iqtisayyatına sahib ölkələrindən biridir.

Əksər qonşuları kimi BƏƏ – də neft ixracından qazandığı böyük məbləğdə vəsaitlər hesabına sakinlərini gəlir vergisindən azad edib.

Hökumət xarici investorları ölkəyə yatırım etmək üçün təşviq edir və Dubay kimi şəhərlər sahibkarlıq ruhu ilə tanınır.

Ölkədə məskunlaşmaq digər Körfəz ölkələrinə nisbətən daha asandır. Xaricilər üçün daimi məskunlaşma proqramı mövcud olmasa da, viza siyasəti bu ölkəyə səfər etməyi sadələşdirir. Bununla yanaşı, hökumət hazırda 10 illik məskunlaşma vizası tətbiq etməyə hazırlaşır.

Vanuatu

Vanuatu countries with no income tax

Bir çox ada dövlətləri kimi Vanuatu Respublikası da xərcləri maliyyələşdirmək üçün turizm gəlirlərinə arxalanır.

Burada həmçinin ikinci pasportu asanlıqla və nisbətən daha münasib qiymətə əldə etmək mümkündür.

2015 – ci ildə baş verən dağıdıcı qasırğadan sonra Vanuatu hökuməti zəzərləri qarşılamaq üçün pul vəsaiti cəlb etmək məqasədilə investisiya proqramı vasitəsilə vətəndaşlıq elan etdi. Bu proqram dünyanın ən asan investisiya vasitəsilə vətəndaşlıq proqramlarından biridir.

Qərbi Saxara

Image result for Western Sahara

Güman ki, bir çoxunuz tezliklə Qərbi Saxaraya, digər adı ilə Saxara Respublikasına səfər etməyi düşünməsə də, qeyd etməliyik ki, bu bölgə siyahının sonuncu ölkəsidir.

Bu bölgənin sakinlərini vergidən azad etməsi də müəmmalı faktdır.

Belə ki, bölgə kifayət qədər təbii ehtiyatlara sahib deyil, bununla yanaşı əraziyə turist axını da yoxdur.

Güman ki, ərazisi ilə bağlı mübahisəli məsələlərə görə belə bir addım atılmışdır.

Həmçinin oxu: Turizmdən ən çox gəlir götürən ölkə hansıdır?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et