Bu ölkədə tələbələr məzun olmaq üçün ən az 10 ədəd ağac əkməlidirlər | Banco.az

Bu ölkədə tələbələr məzun olmaq üçün ən az 10 ədəd ağac əkməlidirlər

Məclisin təsdiqindən keçməyi gözləyən yeni qanun layihəsinə əsasən, Asiyanın cənub-şərqində, Filippin adalarında yerləşən Filippin dövlətində yaşayan bütün məktəb şagirdləri məzun olmaq üçün ən az 10 ədəd ağac əkməlidirlər.

Image result for Philippines

1990 və 2005 – ci illər arasında ağacların qeyri-qanuni kəsilməsi səbəbindən meşə örtüyünün 32.3%-ni itirən Filippin dövləti bu problemin həll yoluna nail olmaq üçün çox yaradıcı bir üsul tapıb. Tələbələrin məzun olmaq üçün ən az 10 ağac əkməsini tələb edən qanun layihəsi hazırda senatın təsdiqini gözləyir. 8728 saylı qanun layihəsi və ya “Ətraf mühit Qanunu üçün Məzuniyyət Mirası” olaraq adlandırılan qanunun açıqlama hissəsində, “Bu layihə, əgər uyğun şəkildə tətbiq edilərsə, hər il ən az 175 milyon yen ağac əkilməsini təmin edəcək” deyilir. Qanun layihəsi məktəbdə oxuyan bütün şagirdlərə təhsil aldıqları müddət üzrə şamil ediləcək və bu da bir tələbənin universitetə qədər ən az 30 ağac əkməsi deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Nə üçün magistr təhsilini xaricdə başa vurmalıyıq?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç