Bu ölkədə startap təsisçilərinin sadəcə 9 faizi qadındır | Banco.az

Bu ölkədə startap təsisçilərinin sadəcə 9 faizi qadındır

Amerikalı startap qurucularının 9 faizinin qadın olduğu aşkar edilib. Amerikadakı startap ekosisteminde sahibkarlıq və investorları dəyərləndirən RateMyInvestor adlı startapın yayımladığı hesabata görə, ölkədəki startapların qurucularının 9.2% - i qadınlardan ibarətdir. “ABŞ Startaplarında Çeşidlilik” başlıqlı araşdırmada Amerikadakı startaplarda çeşidlilik mövzusunu dəyərləndirilmiş və investorların profilləri analiz edilmişdir.

RateMyInvestor şirkətinin KPMG –ə istinad etdiyi məlumat ABŞ – da 2017 –ci ildə startaplara qoyulan sərmayənin 84.2 milyard dollar olduğunu göstərir.

Startap işçilərinin 82% - i kişilərdən ibarətdir

Aparılan araşdırmaya nəzər saldıqda görürük ki, startap qurucularının 42 % - i üç nəfər təsisçidən, 24 % - i isə iki nəfərdən ibarətdir. Cinsi bölgüdə isə üstünlük kişilərə məxsusdur, belə ki, təsisçilərin 90.8 % - i kişilərdən təşkil olunur. Etnik mənsubiyyət baxımından da oxşar vəziyyət hökm sürür. Qurucuların 77.1 % - i ağ dərili, 17.7 % - i Asiyalı, 2.4 % - i Orta Şərq nümayəndəsi, 1.8 % - i Latın Amerikalı və 1 % - i qara dərilidir. Araşdırmada startap şirkətlərin əsasən yerləşdiyi ərazilər də nəzərdən keçirilir və 42.26 %-nin Silikon Vadisində olduğu qeyd edilib. 13.55 % ilə Nyu York ikinci, 6.9 % ilə Los-Anceles üçüncü yerdədir. Hesabatda qurucularla yanaşı digər işçilərin də cinsi bölgüsü öz əksini tapır. Belə ki, tamamilə kişilərdən ibarət olan startaplar ümumi ekosistemin 82 % -ni təşkil edir. 6 % isə tamamilə qadınlardan ibarət starapların payına düşür. Hər iki cinsə məxsus nümayəndələrin işlədiyi şirkətlər isə 12 % təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et