Bu ölkədə ilk kriptovalyuta fondu açılır | Banco.az

Bu ölkədə ilk kriptovalyuta fondu açılır

Tokionun araşdırma və informasiya holdinqi olan "Fisco" bu ayın sonunda 300 mln. yendən (2,7 mln. dollar) artıq olan kriptovalyuta fondunu işə salacaq.

"Novator.io" saytına istinadən xəbər verilir ki, Fondun məqsədi "Bitcoin" və digər kriptovalyutalara investisiya qoymaq olacaq.

Yaponiya və ondan kənarda səhm, xarici birjalar, istiqrazlar və əmtəə aktivlərini əhatə edən Holdinqin yeni investisiya fondu xüsusilə kriptovalyutalara investisiya yatırımları üçün nəzərdə tutulub. "Nikkei" birjasının hesabatına görə, "Fisco" cəlb edəcəyi kapitalla yanaşı öz vəsaitlərindən də sərmayə kimi istifadə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Fond kriptovalyutaların qiymətinin artması ilə yanaşı, müxtəlif birjalarda yaranan arbitrajdan istifadə edərək mənfəət əldə etməyə çalışacaq. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et