Bu ölkə yaxın vaxtlarda benzinlə işləyən avtomobillərə qadağa qoyacaq | Banco.az

Bu ölkə yaxın vaxtlarda benzinlə işləyən avtomobillərə qadağa qoyacaq

İrlandiya hökuməti karbon emissiyasını azaltmaq və ətraf mühiti qoruma planları çərçivəsində benzin və dizellə işləyən avtomobillərə qadağa qoyacaq.

İrlandiya 2030 – cu ildən etibarən ölkə ərazisindəki bütün avtomobillərin elektriklə hərəkətə gətirilən maşınlar olmasını istəyir. İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsinə müdaxilə etmək üçün qəbul ediləcək bu qərardan sonra benzin və dizellə hərəkətə gətirilən avtomobillərin satışı qadağan ediləcək.

Planlaşdırılan qərarla bağlı təklif edilən qanun layihəsi İrlandiya hökumətinin bazar ertəsi yayımlanan İqlim Hərəkəti Planı çərçivəsində nəzərdə tutulub. Sözügedən sənəddə həmçinin yenidən istifadə edilə bilməyən plastik vasitələrin də Avropa miqyasında qadağan edilməsi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qanun layihəsinə əsasən, 2030 – cu ildə benzin və dizel mühərrikli avtomobillərə qadağa qoyulduğu zaman İrlandiya yollarında 950 min elektrikli avtomobil olacağı düşünülür.

Related image

Həmçinin oxu: Elektrikli avtomobil qiyməti ucuzlaşacaq

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç