Bu milyarder nə üçün 20 dollarlıq telefon işlədir? | Banco.az

Bu milyarder nə üçün 20 dollarlıq telefon işlədir?

Ötən məqalələrimizdən birində iPhone smartfonu olmayan yeganə Apple səhmdarının Warren Buffett olduğunu yazmışdıq. Bugünkü məqaləmizdə isə sizi daha da təəccübləndirəcək bir məlumat verilir.

Belə ki, milyarder iş adamı Warren Buffett “Apple” şirkətinə böyük yatırımlar etməsinə baxmayaraq, fərqli bir marka mobil telefon istifadə edir, üstəlik bu telefonun dəyəri də sadəcə 20 dollardır.

Dünyanın ən tanınmış iş adamlarından olan Buffet-in şirkəti Apple –ın 5.5% - lik səhmlərinə sahibdir. Ancaq Buffet Apple deyil, Samsung markalı SCH-U320 model mobil telefonunu istifadə edir.

Milyarderin bu qərarının səbəbi tam dəqiq bilinməsə də, Buffet müsahibələrinin birində smartfon telefonlardan istifadə etməyi sevmədiyini söyləmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, Buffet-in şirkət səhmlərinin birjadakı vəziyyətini izləmək üçün iPad planşetindən istifadə etdiyi məlumdur.

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve takım elbise

Warren Buffett mövzu ilə bağlı zarafatyana bir ifadə ilə telefonunu göstərərək “Aleksandr Qrem Bell (Alexander Graham Bell) bunu mənə müvəqqəti olaraq verib, ancaq mən geri qaytarmağı unutmuşam” deyir.

Həmçinin oxu: Övladlarına miras qoymağı düşünməyən 5 milyonçu

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et