Bu işlərdə işləmək ürək sağlamlığınız üçün yaxşı deyil! | Banco.az

Bu işlərdə işləmək ürək sağlamlığınız üçün yaxşı deyil!

ABŞ-da edilən bir araşdırma, ürək sağlamlığı üçün ən riskli peşələri və iş sahələrini açıqladı.Buna görə, ən çox ürək narahatlığı yaşayanlar, yük maşını sürücüləri və ictimai xidmət işçiləri olduğu ortaya çıxdı.

Centers for Disease Control and Prevention tərəfindən edilən son araşdırmaya görə, ABŞ-da 66 min nəfərin iştirak etdiyi nəhəng bir araşdırma reallaşdırıldı.

 

Bu araşdırmada, 22 ferqli sahədən 66 min nəfər iştirak etdi.

Araşdırmada,insanların siqaret çəkib-çəkməməsi, qan təzyiqi, kiloları, xolesterol səviyyələri və qidalanmaları dəyərləndirildi.

Bu araşdırmaya görə, ən çox ürək narahatlığı riski daşıyan peşələr, əkinçilik, balıqçılıq və meşə təsərrüfatçılığıdır.

Ən sərfəli kredit üçün müraciət et

Ən az ürək narahatlığı riski daşıyan peşələr isə, incəsənət, dizayn, əyləncə, idman dünyası və ən çox da, media sahəsidir.

Araşdırmaçılar, uzun məsafəyə yük maşını sürən sürücülərin, digər işçilərə görə daha çox ürək narahatçılığı riski daşıdığını deyir.

Edilən araşdırma, xidmət sektorunda və yemək sahəsində çalışanların siqaret istifadəsinə daha meyilli olduğunu təsdiqləyir.

Komputer sahəsi və riyazi işlərlə məşğul olanların xolesterol səviyyələrinin normadan çox olduğu müəyyənləşdirildi.

Güllü Nağıyeva

Ən sərfəli krediti almaq üçün müraciət et