Bu ilin yanvar-mart aylarında ipoteka krediti ilə bağlı vacib göstəricilər | Banco.az

Bu ilin yanvar-mart aylarında ipoteka krediti ilə bağlı vacib göstəricilər

Banco.az saytı AİF-in 2015-ci il martın 1-nə olan hesabatlarına istinadən xəbər verir ki, 2015-ci ilin birinci rübü ərzində 3681 güzəştli ipoteka krediti verilib. 2014-cü il boyu verilən kreditlərin sayı isə 3520-yə bərabər olub. Bu göstərici isə indikindən 161 ədəd azdır.

Həmçinin, cari ilin yanvar-mart ayları ərzində, ipoteka kreditlərinin regionlar üzrə pay bölgüsündə Bakı həmişə olduğu kimi birincidir. Paytaxda 11327 ipoteka krediti verilib. Sumqayıt və Xırdalan şəhərləri ilk üçlüyə daxil olublar. Ağcəbədi, Balakən və Xanlar rayonları isə kredit verilməsinə görə respublika üzrə sonuncudurlar.

Ən sərfəli kredit üçün müraciət et

Paytaxtın özündə isə Xətai rayonu 22.3%-lə ən çox kredit verən zona olub. Ikinci və üçüncü yerlərdə isə Yasamal (15.8%)və Binəqədi (14.1%) rayonları qərarlaşıb. Sonuncu yerdə paytaxt üzrə ümumi kreditin 2.1%-ni verən Xəzər rayonudur.

İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün vəsaitin 60.7%-i Qiymətli Kağızlardan, 39.3%-i isə Dövlət Büdcəsindən cəlb olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et