Bu il TANAP-la 1,8 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql edilib | Banco.az

Bu il TANAP-la 1,8 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1.797,86 mln. kubmetr Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz nəql edilib. TANAP-la bu ilin sentyabrında 324,66 mln. kubmetrə yaxın Azərbaycan qazı nəql edilib.

Mənbənin sözlərinə görə, istifadəyə veriləndən bu ilin oktyabr ayının 1-dək TANAP-la 2.714,24 mln. kubmetr qaz nəql edilib. Qeyd edək ki, 2018-ci ildə isə TANAP-la 916,37 mln. kubmetr qaz nəql olunub.

"Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 1.850 km uzunluğa malik olacaq TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et