Bu il sığorta bazarında nə baş verib? – HESABAT | Banco.az

Bu il sığorta bazarında nə baş verib? – HESABAT

2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının həcmi 150 milyon 681 min manat, ödənişlər isə 60 milyon 292 min manat təşkil edib. 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. 

2016-cı ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən 152 milyon 394 min manat sığorta haqları hesablanıb, 52 milyon 578 min manat ödənişlər həyata keçirilib.

Beləliklə, sığortada yığımlar azalır, ödənişlər artır.

Cari ilin birinci rübü ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Könüllü sığorta bazarı

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 111 milyon 913 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 16% artaraq 47 milyon 344 min manata yüksəlib.

İcbari sığorta bazarı

İcbari sığorta növləri üzrə yığımlar 38 milyon 768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12 milyon 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 315 min manat və ya 11% artım deməkdir.

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et