Bu il orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artıb | Banco.az

Bu il orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artıb

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3.168,5 manat, qeyri neft-qaz sektorunda 524,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqqları 471,9 manat, özəl müəssisələrdə isə 730,3 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et