Bu həftə Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq | Banco.az

Bu həftə Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Bu həftə keçirəcəyi iclasında Türkiyə Mərkəzi Bankının, inflyasiyanın aşağı düşməsi, qlobal mərkəzi bankların pul siyasətlərini yumşaltmaları və Türk Lirəsinin məzənnəsinin nisbətən sabitləşməsinə görə, ən azı 200 - 250 bənd faiz endirimi edəcəyi gözlənilir.

Murat Çetinkaya Türkiyə Mərkəzi Bankının sədri vəzifəsindən azad edildikdən sonra İyul ayında Murat Uysalın rəhbərliyi ilə keçirilmiş ilk iclasda faiz 24%-dən 19.75%-ə endirilmişdi. 

İnflyasiyada davam edən azalma Mərkəzi Bankının faiz endirimi üçün əsas yaratsa da ekspertlər bankın təmkinli faiz endirimi etməsi lazım olduğunu vurğulayırlar. İnflyasiya Avqust ayında da düşməkdə davam etmiş və illik müqayisədə15.01% ilə bir ildən artıq müddətin ən aşağı səviyyəsinə enmişdir.

Ən sərfəli kredit üçün müraciət et

"Bloomberg"in sorğusuna görə, bu həftə Türkiyə Mərkəzi Bankı 275 bənd faiz endirimi edəcək. Bazar proqnozları daha çox 200-250 bənd civarındadır. 

 

ƏRDOĞANDAN FAİZ MESAJI
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faizlərin daha çox düşəcəyini deyib. Ərdoğan məsələyə dair, "Cümə günü Mərkəzi Bankın İdarə Heyəti toplanır. İnanıram ki, faiz daha da düşəcək. Faiz düşdükcə inflyasiya da aşağı düşəcəkdir, bunu görəcəksiniz" deyib.

Sonuncu iclasda Mərkəzi Bankın 425 bənd faiz endiriminə baxmayaraq Türk Lirəsi güclü qalmış, faiz endiriminə ilk reaksiya olaraq 5.70-dən 5.76-ya yüksələn Dollar/Türk Lirəsi məzənnəsi daha sonra 5.65 səviyyələrinə geriləmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et