Bu həftə Dolların ucuzlaşması güclənə bilər | Banco.az

Bu həftə Dolların ucuzlaşması güclənə bilər

ABŞ iqtisadiyyatına dair fundamental göstəricilərin son zamanlar zəif açıqlanması, artıq bu həftə dolların ucuzlaşmasına təsirini gücləndirə bilər.

 

EUR 

Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin zəif açıqlanması, foreks bazarlarında dollara olan təzyiqlərin artmasına səbəb olur. EUR/USD məzənnəsi də 1.12$-ın üzərində ticarət edilməkdədir və 1.1254$-ı yuxarı istiqamətdə qırarsa, 1.1331$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa mərkəzi bankının pul-kredit siyasətinə dair mətbuat konfransı da investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsi də 1.30$-da dəstək görərək bahalaşır. Təhlillərə əsasən, funtun qiyməti 1.3070$-ın üzərində qaldıqca, 1.3195$-a kimi bahalaşa bilər. İngilətərə hökümətinin Avropa birliyindən ayrılması sazişi ətrafında gedən müzakirələr də diqqət mərkəzində saxlanılmalırdır. Sazişin razılaşdırılması siyasi və iqtisadi risklərin azalmasına səbəb olacaqdır.

 

TRY

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.64TL-yə ticarət edilir və 5.70TL-ni yuxarı istiqamətdə qırarsa, 5.75 və 5.84TL-yə kimi də bahalaşa bilər.

Türkiyədən cümə axşamı saat 11:00-da dərc ediləcək xarici əməliyyatlar balansı ilə bağlı önəmli statistik göstəricilər də böyük maraqla gözlənilməkdədir.

 

OIL

Avropanın Brent markalı neftinin qiyməti 71$-a kimi dəyər qazanıb və 72$-a kimi də dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

Dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də dəyər qazanmasına səbəb olub. 1296$-ın (41.7 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti, 1300$-ı (41.8 $/qram) yuxarı istiqamətdə qırarsa, 1308$-a (42.1 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et