Bu gün 12 mərkəzi bankın iclası keçiriləcək | Banco.az

Bu gün 12 mərkəzi bankın iclası keçiriləcək

FED-in dünənki iclasından sonra bu gün dünyanın 12 aparıcı mərkəzi bankı monetar siyasətlə bağlı növbəti iclasını keçirməyə hazırlaşır. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, dekabrın 14-də İndoneziya, İsveçrə, Filippin, Avropa, Norveç, Türkiyə, Ukrayna, İngiltərə, Meksika, Çili, Kolumbiya və Perunun mərkəzi banklarının iclası gözlənilir.

Bu ölkələr arasında analitiklər Türkiyə və Meksikanın uçot dərəcəsini artıracağını, qalanların isə faizləri sabit saxlayacağını ehtimal edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal valyuta bazarına ən çox Avropa və İngiltərə mərkəzi banklarının qərarları təsir göstərəcək. Onların faizləri sabit saxlaması dolların məzənnəsini bir qədər möhkəmləndirə bilər. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et