"Bu dəyişiklik mikro sahibkarlığa ağır zərbə ola bilər" | Banco.az

"Bu dəyişiklik mikro sahibkarlığa ağır zərbə ola bilər"

"Vergi Məcəlləsi ilə nağdsız ödənilərin artırılması və dövriyyələrin rəsmiləşdirilməsi məqsədilə bu ildən nəzərdə tutulan ƏDV-nin qaytarılması təşviqi ayrı-seçkilik yaradır. Dəyişiklik alış-verişin mikro sahibkardan deyil, ƏDV ödəyicisi olan kiçik və orta sahibkardan edilməsi ilə nəticələnə bilər".

Bunu Elşən Orucov bildirib. 

"Vergilər Məcəlləsində edilən bu dəyişiklik düşünürəm ki, birbaşa Mikro sahibkarlığın inkişafına vura biləcək ən ağır zərbə ola bilər. Belə ki, dəyişiklik belədir: VM 165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Maddədən göründüyü kimi yalnız ƏDV ödəyicisindən alınan mallara şamil olunur. Bu isə qanunla mikro sahibkarlığın inkişafına zərbə vurmaqla yanaşı, isehlakçılara qanunla təşviq edilmiş ayrı-seçkilik yaradır ki, alış-verişi mikro sahibkardan deyil, ƏDV ödəyicisi olan kiçik və orta sahibkardan etsin. Təklifim budur ki, bu maddə tək ƏDV ödəyicilərinə deyil, bütün vergi ödəyicilərinə şamil olunsun".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et