Bu banklar kredit kartı verir - SİYAHI | Banco.az

Bu banklar kredit kartı verir - SİYAHI

Kredit kartları müasir dövrdə istifadəsi sürətlə artan bank xidmətlərindən biridir.

Bu cür kartlar vasitəsilə biz ehtiyaclarımızı bank tərəfindən müəyyən edilmiş limit çərçivəsində bankın vəsaitləri hesabına ödəyə bilərik. Limitin həcmi bank tərəfindən müəyyən olunmuş şərtlərlə bizim gəlirimizdən və kredit tarixçəmizdən asılıdır.

Hazırda kredit kartları insanların pulqabılarında öz yerini alıb və bu kartlar dövrün tələblərindən biridir.

Əgər siz də kredit kartı əldə etmək istəyirsiniz, lakin hardan əldə edəcəyinizi bilmirsinizsə bu araşdırmamız sizin köməyinizə çatacaqdır.

Aşağıdakı cədvəldən hansı bankların kredit kartı təklif etdiyini və digər şərtlərini öyrənə bilərsiniz:

BANK

KREDİT KARTI

MƏBLƏĞ

FAİZ MÜDDƏT

"AFB Bank"

Kredit kartı

Ə/H-nın 2-3 misli

25% 12 ay

"ASB Bank"

Kredit kartı Ə/H-nın 3 misli 27% 36 ay

"Bank BTB"

Kredit kartı

5000 AZN

32-38% 24 ay

"Azər Türk Bank"

Kredit kartı

Max: Ə/H-nın 3 misli

26% 12 ay

"Bank Avrasiya"

Kredit kartı

-

26% 12 ay
"Bank BTB"

Kredit kartı

300-5000 AZN 32-36% 12 ay

"Bank of Baku"

Bolkart

-

29% 60 ay

"Beynəlxalq Bank"

Kredit kartı

5000 AZN (USD)

24-28% (AZN)

12-36 ay

18-22% (USD)

12-36 ay

"Dəmirbank"

Kredit kartı 5000-10 000 AZN-ə qədər 27% 12 ay

"Expressbank"

SmileCard

300-1000 AZN

6-12% 48 ay

Expresso

500-3000 AZN 28% 24 ay

"Kapital Bank"

BirKart 100-10 000 AZN 31% 36 ay
"NBC Bank" Maxi kart

500 AZN

- 36 ay

"Nikoil Bank"

Kredit kartı 300-30 000 AZN 26-28% 12-36 ay

"Rabitəbank"

Kredit kartı

1000 AZN

27% 12 ay

"Turan Bank"

Kredit kartı 2000 AZN 20% 12 ay

"Unibank"

Albalı PLUS

5000 AZN

29% 84 ay

"Yapı Kredi Bank"

Worldcard

-

- 60 ay

Ən sərfəli kredit üçün müraciət et

 

  • "AFB Bank"dan kredit kartı əldə edərkən 1 zamin tələb olunur. İş yerinin olması isə mütləqdir
  • ASB Bank"ın kredit kartlarına sahib olmaq üçün minimum əmək haqqı tələbi 250 AZN-dir.
  • "Azər Türk Bank"dan kredit kartı əldə etmək üçün minimum əmək haqqınız 350 AZN olmalıdır və bir zamin tələb olunur.
  • "Bank Avrasiya"nın kredit kartına sahib olmaq üçün minimum əmək haqqı tələbi 300 AZN-dir.
  • "Bank of Baku"dan müxtəlif növ Bolkart əldə edə bilərsiniz. Minimum əmək haqqınız 400-500 AZN olmalıdır. "Bank of Baku"da təkrar və yeni müştərilər üçün kredit kartının faiz dərəcəsində fərqlər mövcuddur.
  • "Bank Respublika" 500 AZN-dən yuxarı məbıəğ üçün bir zamin tələb olunur. Minimal gəlir 350 AZN olmalıdır.
  • "Beynəlxalq Bank"ın kredit kartları bu bankın əmək haqqı və pensiya kartına sahib olan şəxslər üçün təklif olunur.
  • "Caspian Development Bank" 2000 AZN-ə qədər məbləğ üçün 1 zamin, 2000-5000 AZN məbləğ üçün 2 zamin, 5000 AZN-dən yuxarı məbləğ üçün təminat tələb olunur. Minimum əmək haqqı 450-500 AZN olmalıdır.
  • "Dəmirbank"ın kredit kartlarında növbəti ayın 9-u tarixinə qədər kart üzrə kredit borcu tam ödənilərsə kredit xəttindən istifadəyə görə faizlər hesablanmır, növbəti ayın 9-u tarixinə qədər kart üzrə kredit borcu tam ödənilməzsə və ya qismən ödənilərsə kredit borcuna görə istifadə müddəti ərzində adi qayda ilə 27% illik dərəcəsi ilə faiz hesablanır
  • "Expressbank"ın məhsulu olan SmileCard kredit kartında illik faiz dərəcəsi deyil, hər xərcləmə üçün faiz dərəcəsi hesablanır, bu da, 6-12%-dir. bu kartı əldə etmək üçün minimum əmək haqqı manatdır. Expresso kredit kartlarında ödəməni 35 gün ərzində həyata keçirdikdə heç bir faiz tutulmur, 35 gündən sonra isə illik 28% hesablanır. Bu kartı əldə etmək üçünsə minimum əmək haqqı 500 AZN olmalıdır.
  • "NBC Bank" Maxi Kart sahibləri illik olaraq faiz dərəcəsi ödəmirlər, yalnız nağdlaşdırmaya görə 9% komission haqq çıxılır.
  • "Nikoil Bank"ın kredit kartlarına sahib olmaq üçün minimum əmək haqqı tələbi 155 AZN-dir. 35 gün ərzində ödəmə həyata keçirildiyi halda faiz tutulmur.
  • "Rabitəbank"ın kredit kartlarında 30 gün müddətində ödəniş edilərsə faiz hesablanmayacaq, ödəniş 30 günü keçərsə illik 27% dərəcəsi hesablanır. Minimum əmək haqqı tələbi isə 400 AZN-dir və yalnız əmək haqqı və pensiya kartı bu bankdan olan şəxslərə verilir.
  • Turan Bank-ın kredit kartlarından istifadə edən zaman ödənişi 30 gün ərzində etdikdə heç bir faiz tutulmur.
  • "Unibank". Yaş 20-65 arası, minimal əmək haqqı 500 AZN-dən yuxarıdırsa və təkrar müştərilər üçün staj 6 ay, yeni müştərilər üçü 12 ay təşkil edirsə, bu halda şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Albalı Plus kredit kartı üçün Unibank-ın filiallarından birinə müraciət edə bilərsiniz. Məbləğ hər bir müştəri üçün fərdi şəkildə müəyyən olunur.
  • "Yapı Kredi Bank". Worldcard əldə etmək üçün gəlirinizi təsdiq edən sənəd (iş yerinizdən arayış, elektron arayış yaxud da əmək haqqı hesabından son 6 ayın çıxarışı) və şəxsiyyət vəsiqəsi ilə istənilən Yapı Kredi Bank filialına müraciət edə bilərsiniz. Müraciət üçün minimal əmək haqqı 300 AZN təşkil etməlidir.
  • “Beynəlxalq Bank”ın kredit kartlarını əldə etmək üçün bu banka məxsus əmək haqqı və pensiya kartınız olmalıdır, məbləğ, faiz dərəcəsi və müddət təkrar və yeni müştərilər üçün individual olaraq müəyyən olunur.

Yuxarıdakı cədvəldən də gördüyünüz kimi kredit kartları sırasında taksit kartları da qeyd olunmuşdur, bunun səbəbi odur ki, bəzi taksit kartlarından kredit kartı kimi də istifadə edə bilərsiniz. Bu, yalnız kartın daxilindəki məbləğin müəyyən hissəsini əhatə edə bilər.

Həmçinin, göstərdiyimiz kredit kartlarını əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya gəliri təsdiq edən sənəd, əmək haqqının 6 və ya 12 aylıq çıxarışı, bəzi hallarda isə zamin tələb olunur.

Həmçinin bax - Hansı banklar taksit kartı təklif edir?

Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et