Bu ailənin sərvəti hər dəqiqə 70 min dollar, hər saat 4 milyon dollar artır | Banco.az

Bu ailənin sərvəti hər dəqiqə 70 min dollar, hər saat 4 milyon dollar artır

Dünyanın ən varlı 25 ailəsinin sərvəti 24% artaraq 1.4 trilyon dollara çatıb.  

2019-cu ilin ötən dövründə dünyanın ən zəngin 25 ailəsi sərvətlərini 24% artırıb.

ABŞ-ın ən məşhur supermarket şəbəkəsi Wal-Mart-ın sahibi Walton ailəsinin sərvəti hər dəqiqə 70 min dollar hər saat 4 milyon dollar hər gün isə 100 milyon dollar artır.

Siz bu xəbərin bu nöqtəsinə qədər oxuduğunuzda sərvətlərinə 23 min dollar daha əlavə olunub.

Dünyanın ən varlı ailəsinin sərvətinin 191 milyard dollara çıxdığı təxmin edilir.

Walton-lara ən yaxın ailə 127 milyardlıq sərvəti ilə Mars ailəsi , ona 125 milyard dollar ilə Koch qardaşlarıdır.

Super zənginlər dünyada  qızıl zamanını yaşayır. Dünyanın ən zəngin 25 ailəsi keçən illə  müqayisədə sərvətlərini 25 % artırıb. Söz mövzusu ailələrin cəmi sərvəti 1.4 trilyon dollardır.

Səudiyyə Ərəbistanı Kral ailəsinin cəmi sərvətinin 100 milyard dollar olduğu hesablanır.  

Ən sərfəli kredit üçün müraciət et

1. Walton ailəsi (Walmart şirkəti)  190.5 milyard dollar 

2. Mars ailəsi (Mars şirkəti)  126.5 milyard dollar

3. Koch ailəsi (Koch Industries) şirkəti  124.5 milyard dollar

4. Al Saud ailəsi 100 milyard dollar

5. Wertheimer ailəsi (Chanel şirkəti) 57.6 milyard dollar

6.Hermes ailəsi (Hermes şirkəti)  53.1 milyard dollar

7.Van Damme, De Spoelberch və De Mevius families (Anheuser-Busch InBev şirkəti)  52.9 milyard dollar

8.Boehringer və Von Baumbach ailəsi (Boehringer Ingelheim şirkəti)  51.9 milyard dollar

9. Ambani ailəsi (Reliance Industries şirkəti)  50.4 milyard

10. Cargill və MacMillan ailələri (Cargill Inc. şirkəti) 42.9 milyard dollar

marja

Ən sərfəli krediti almaq üçün müraciət et