"Brent" neftinin qiyməti aşağı düşüb | Banco.az

"Brent" neftinin qiyməti aşağı düşüb

Bazar ertəsi keçirilən hərraclar zamanı neft qiymətləri ABŞ-ın Çin mallarına qarşı tətbiq etdiyi yeni rüsumların qüvvəyə minməsi ərəfəsində enerji daşıyıcılarına olan tələbatın düşmə təhlükəsi fonunda eniş nümayiş etdirib.

Belə ki, London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti bazar ertəsi axşama doğru bir barel üçün 61,28 dollara qədər düşüb.

Nyu-York əmtəə birjasında WTI makarlı yüngül neftin mart fyuçersləri bir barelə görə 51,60 dollara bərabər olub.

report.az

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç