Branson haqqında yeni xəbər | Banco.az

Branson haqqında yeni xəbər

Türkiyədə terror təşkilatları adına cinayət törətməkdə və cəsusluqda ittiham olunan ABŞ-lı keşiş Endryu Bransonun məhkəməsi davam edir.

Prokuror Bransonun ev həbsi qərarının ləğv edilməsini və 5-10 il azadlıqdan məhkum edilməsini istəyib.

İndi hakimin qərarı gözlənilir.

"Prokuror mütaliəsində Branson haqqında nəzarət qərarının götürülməsini və 5-10 il həbs cəzası verilməsini istəyib. Nəzarətin götürülməsi Bransonun ev həbsinin sona çatması anlamına da gəlir",- Türkiyə mətbuatı yazır.

Bakı vaxtı ilə saat 16:38-də Dollar/TL məzənnəsi 5.8668 səviyyəsində olub. Bu gün Lirə 1% bahalaşıb. 

Qeyd edək ki, bu gün keçirilən məhkəmə iclasında iddianamədə yer alan şahidlər dinlənilib. Şahidlərdən üçü Branson əleyhinə verdiyi ifadələri dəyişib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-lı keşiş Branson 2016-cı ilin Dekabr ayında terror təşkilatı adına cinayət törətmək və casusluq ittihamları ilə həbs olunmuş və 25 İyulda həbsi ev həbsinə çevrilmişdi.

Bransonın 25 İyuldakı iclasda sərbəst buraxılmaması Türkiyə ilə ABŞ arasında böhrana səbəb olmuş və Ağ Ev rəhbərliyi daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gül haqqında sanksiya tətbiq etmək qərarı vermişdi. Qərardan sonra Türk Lirəsi kəskin ucuzlaşmışdı.

Daha sonra ABŞ Prezidenti Donald Tramp, Türkiyədən polad və alüminium idxalına tətbiq olunan gömrük tariflərinin iki dəfə artırıldığını açıqlamışdı.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et