Böyük birjada ciddi problem: Əməliyyatlar dayandırıldı | Banco.az

Böyük birjada ciddi problem: Əməliyyatlar dayandırıldı

Braziliyanın ən böyük kriptovalyuta birjası “Foxbit” sistemdəki səhv səbəbiylə əməliyyatları dayandırıb. “Foxbit”-in ümumilikdə 30 Bitcoin-in əksik gəldiyini görüncə əməliyyatlarını dayandırdığı bildirilir.

“Foxbit”-in CEO-su Joao Kanhada və COO-su Luis Şiavon “YouTube” vasitəsilə verdikləri açıqlamada bəzi istifadəçilərin sistemdəki boşluqdan yararlanaraq, qeyri-rəsmi əməliyyatlar etdiklərini söyləyiblər. Problemdən xəbər tutan əməkdaşlar vaxt itirmədən birjada fövqəladə vəziyyət elan edərək bütün əməliyyatları dayandırdılar. Bundan sonra bəzi məlumatların yox olduğu deyilir.

Şirkət rəhbərləri məlumatların bərpa işlərinin davam etdiyini bildirib və birjanın martın 14-də yenidən açılacağını qeyd ediblər. “Foxbit”-dən heç bir kiber hücumun baş vermədiyi haqda məlumat verilib və kriptovalyutalaın təhlükəsiz vəziyyətdə olduğu vurğulanıb.

Kanhada və Şiavon həmçinin bunları qeyd edib:

“Bütün hesablar qorunur. Kriptovalyutalarınız təhlükəsiz vəziyyətdədir. Bəzi istifadəçilər artıq öz aktivlərini geri qaytarıblar. Buna bənzər hadisələri kompensasiya etmək üçün hazırladığımız bir fond var. Pullar bank hesabımızdadır. “Foxbit”-də hər hansı oğurluq və kiber hücum qeydə alınmayıb”.

Kanhada bəzi istifadəçilərin qeyri-qanuni əldə etdikləri pulları geri qaytardıqlarını bildirsə də, miqdarı açıqlamayıb. “Foxbit”-in elektron pul qabında hazırda 7500 Bitcoin var. Birjanın itirdiyi vəsait bunun yanında az hesab edilə bilər – 270 min dollar. Birja bağlı olduğu müddətdə bəzi sifarişlər ləğv olundu, istifadəçilər birja açıldıqda bir müddət komissiya haqqı ödəmədən əməliyyat reallaşdırılmasını tələb ediblər.

Braziliyada kriptovalyutalara və blockchain-ə maraq getdikcə artır. Bir müddət əvvəl Dash-ın yayılması üçün addımlar atılıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et