Booking.com Çinin məhşur taksi şirkətinə yatırım etdi | Banco.az

Booking.com Çinin məhşur taksi şirkətinə yatırım etdi

Booking Holdings yeni yatırıma imza atıb. Booking.com, Adoge.com və bir sıra başqa başqa saytları özündə birləşdirən Holding Çinin məhşur taksi xidməti Didi Chuxing-ə yatırım edib. TechCrunch xəbər agentliyinin məlumatına görə, şirkət bunun üçün Didiyə 500 milyon dollar pul ödəyib. Bu kiçik bir yatırım olmasa da xatırladaq ki, 2017-ci ildə Didi bundan da böyük yatırım (4 milyard dollar) almışdı. Belə yatırım hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. Beləki, Booking.com öz müştərilərinə Didinin mövcud olduğu yerlərdə bu xidməti təklif edəcək və Didi də öz növbəsində istifadəçilərinə Booking.comAdego.com-dan istifadə etmək imkanı tanıyacaq. TechCrunch-ın verdiyi məlumata görə, Didi taksi xidməti Booking.com-un yardımıyla Meksika, Avstriya, Tayvan kimi ölkələrdə fəaliyyətə başlamış və gələcəkdə Yaponiya kimi daha böyük bazarlara inteqrasiya etmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et