Bloomberg: Huawei Çin hərbiçiləri ilə əməkdaşlıq edir | Banco.az

Bloomberg: Huawei Çin hərbiçiləri ilə əməkdaşlıq edir

Qlobal telekommunikasiya kompaniyası olan “Huawei”in bəzi əməkdaşları tədqiqat layihələri üzərində işləyərkən, Çin ordusu ilə əməkdaşlıq edib.

Bu haqda “Bloomberg” nəşri yazıb.

“Son 10 ildə “Huawei”in əməkdaşları Çin Xalq Qurtuluş Ordusunun müxtəlif orqanları ilə səylərini birləşdirirdi”, - deyə yazıda bildirilir.

İddi olunur ki, söhbət radio əlaqə və süni intellekt istiqaməti olmaqla ən azı 10 layihədən gedir. Bu layihələrinsə internet mühitində videolar vasitəsi ilə insan duyğularını təsnifləşdirməyə və müəyyənləşdirməyə imkan verən texnologiyalarla əlaqəli olduğu bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

“Huawei”dənsə məsələ ilə bağlı deyiblər ki, onlar Çin Xalq Qurtuluş Ordusu və onun hər-hansı orqanı ilə əməkdaşlıq etmir.

Daha əvvəlki xəbərdə isə qeyd olunurdu ki, Amerika şirkətləri prezident Donald Trampın qadağasına baxmayaraq, “Huawei”yə prosessor çatdırmağa davam edir.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et