Bizdə daha çox bank qrupları mövcuddur - Samir Əliyev | Banco.az

Bizdə daha çox bank qrupları mövcuddur - Samir Əliyev

Son dövrlər bank sektorunda kadr dəyişikliyinin və yer dəyişmələrin geniş şahidi oluruq, xüsusən də rəhbər postlar ilə bağlı. Bir bankın rəhbərinin digər bir banka keçidi ilə bağlı xəbərlər alırıq. Bu yerdəyişmələrin səbəbi ilə bağlı iqtisadçı ekspert Samir Əliyevin fikirlərini almağa çalışdıq.

Samir Əliyev: “Əslində biz diqqət yetirsək görərik ki, yer dəyişmələr daha çox nisbətən zəif bankdan güclü banka doğru gedir. Hər hansı bir zəif (kiçik) bankın əməkdaşı, rəhbər vəzifədə olan şəxsi sonradan işini dəyişib, daha güclü, daha böyük əməliyyatı olan banka keçid edir. Bu zaman daha çox peşəkarlar, özünün doğrultmuş rəhbərlər, bank sistemində qurduğu idarəetmənin bəhrəsini görənlər, qurduqları menecment nəticə qazanırsa, onları artıq böyük banklar tərəfindən, yüksək əməkhaqqı və ya digər güzəştlər təklifi etməklə cəlb edilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bu məsələnin ikinci tərəfi onunla bağlıdır ki, yeni fəaliyyətə başlayan bankları da saysaq ölkədə 45 bank var, amma bu, heç də o demək deyil ki, onlar bir-biri ilə bağlı deyil. Heç kimə sirr deyil ki, bizdə daha çox bank qrupları  mövcuddur. Bir holdinqə məxsus olan və ya bir şəxsə xidmət edən banklar var. Ona görə də bu banklar qrupunda da mütləq yerdəyişmələr, kadr dəyişikliyi aparılır. Bir neçə bank bir yerdə fəaliyyət göstərir və onların içərisində - kadrlarda yerdəyişmə aparılır. Buna həm də rotasiya kimi baxmaq olar. Nisbətən zəif bankdan daha güclü banka aparılır rəhbər işçi və ya yaxşı rəhbər nisbətən zəif banka gətirilə bilər ki, orda da yaxşı nəticələr əldə olunsun. Hər hansı bir əməkdaş ona gözlənilən ümidləri doğrultmur, bununla əlaqədar işdən uzaqlaşdırılır və yerinə daha güclü kadr gətirilir.

Bizdə kadr dəyişikliyi bankın real sahibinin dəyişməsinin nəticəsi kimi də baş verir.”. 

Ən sərfəli krediti almaq üçün müraciət et