“Biz hökumətə tövsiyə edirik ki, dövlət bankının özəlləşdirilməsini tezliklə başa çatdırsın” | Banco.az

“Biz hökumətə tövsiyə edirik ki, dövlət bankının özəlləşdirilməsini tezliklə başa çatdırsın”

“Biz hökumətə tövsiyə edirik ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsini tezliklə başa çatdırsın”.

Bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.

O həmçinin qeyd edib ki, təmsil etdiyi qurum hökumətin bununla bağlı addımlarını dəstəkləyir: “Heç bir ölkədə dövlət bankının özəlləşdirilməsi asan başa gəlmir. Hazırda beynəlxalq ekspertlərin dəstəyi ilə ABB-nin sağlamlaşdırılması və özəlləşdirilməsi həyata keçirilir və biz bunu dəstəkləyirik. Bu məsələnin yekunlaşdırılması bank sektorunda rəqabət mühitini gücləndirəcək”. 

Ən sərfəli kredit üçün müraciət et

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et