"Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik" | Banco.az

"Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik"

"Bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri də iqtisadi müstəqillik idi. Çünki biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət yürütmək çətin olardı və xarici borcun aşağı səviyyədə saxlanılması, - onu deyim ki, bu gün xarici borc 20 faiz səviyyəsindədir, - bizə yalnız öz resurslarımıza güvənməyə imkan yaradır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.

"Biz beynəlxalq təşkilatların borc və kreditlərindən asılı deyilik. Bizim xərclərimiz həmişə gəlirlərimizdən az olub. Mən hər il hökumətə xərclərin gəlirlərdən az olması və əlavə maliyyə ehtiyatlarının yaradılması barədə göstəriş vermişəm. Ona görə də hesab edirəm ki, neft hasil edən ölkələr içərisində Azərbaycan böhranın öhdəsindən uğurla gəlmiş ölkələr sırasındadır. Lakin əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur. Bizim turizm sahəsində böyük potensialımız var ki, bu da bizə milyardlarla dollar gəlir gətirəcək", - deyə dövlət başçısı bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Prezidentin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı işlər aparılır: "Bu gün ümumi daxili məhsulun demək olar ki, 70 faizi qeyri-neft sektorunun payına düşür. Növbəti hədəf ixracımızın şaxələndirilməsidir. Neft və qaza gəldikdə isə, qarşıdakı on illər üçün də ehtiyatlarımız var. Əlbəttə ki, bu, bizim maliyyə sabitliyimizə əlavə bir dəstək olacaq, bizə gəlirlər gətirəcək və biz bu gəlirləri yenidən infrastruktur və insan kapitalına sərmayə qoyuluşuna yönəldəcəyik".

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et