Bitkoinin qiyməti bu həftə 5 min dollardan aşağı düşə bilər | Banco.az

Bitkoinin qiyməti bu həftə 5 min dollardan aşağı düşə bilər

Dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin qiymətinin bu həftə, 2017-ci ilin oktyabr ayından bəri ilk dəfə 5 min ABŞ dollarından aşağı düşə bilər. 

Qonşu ölkənin maliyyə şirkəti - "Alpari"nin analitiki Vladislav Antonov bildirib ki, bitkoinin "qara gün"ləri Yaponiya və ABŞ-dan gələn xəbərlərdən sonra başlayıb. Belə ki, Yaponiyanın maliyyə xidmətləri agentliyi ölkənin 16 kriptovalyuta birjasında təhlükəsizliklə bağlı boşluqlar aşkarlayıb.

Rusiyanın ICG kriptovalyuta fondunun nümayəndəsi İqor Zartdinov isə deyib ki, birjaların təhlükəsizlik sistemlərindəki problemlər kriptovalyutalara inamı getdikcə azaldır.

Ən sərfəli kredit üçün müraciət et

Müstəqil analitik Aleksandr Boyev isə qeyd edib ki, kriptovalyuta sayəsində əldə olunan "asan pullar dövrü" artıq bitib.

Qeyd edək ki, bitkoinin qiyməti ötən həftənin sonu ilə müqayisədə cüzi artaraq 6 147 dollara çatıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et