Bitkoinin qiyməti 8 min dollardan aşağı düşüb | Banco.az

Bitkoinin qiyməti 8 min dollardan aşağı düşüb

Sosial xəbər portalı olan "Reddit" bəyan edib ki, bundan sonra bitkoinlə ödəniş qəbul etməyəcək. 

Bu açıqlama kriptovalyutanın qiymətinin 7 900 ABŞ dollarına düşməsinə səbəb olub. 

Bitkoinlə yanaşı digər kriptovalyutar da ucuzlaşıb və nəticədə bu bazarın kapitallaşması 290 mlrd. dollara düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, kriptovalyuta bazarında kapitallaşmanın ən yüksək həddi bu il yanvarın 8-də (830 mlrd. dollar), ən aşağı həddi isə bu il martın 18-də (277 mlrd. dollar) qeydə alınıb. Hazırda sözügedən göstərici rekord həddən 65% və yaxud 540 mlrd. dollar azdır. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et