Bitkoin ucuzlaşmaqda davam edir | Banco.az

Bitkoin ucuzlaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

Bitkoinin qiyməti bu gün 6,4 min dollar həddindən aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,43% azalaraq 6,386 min dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,57% və ya 364,24 dollaradək ucuzlaşıb, "Ripple" 1,93% (0,3595 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,2% (599,88 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 226,36 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.

Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et