Bitkoin kəskin ucuzlaşa bilər - PROQNOZ | Banco.az

Bitkoin kəskin ucuzlaşa bilər - PROQNOZ

Qlobal kriptovalyuta bazarında böyük çöküş proqnozlaşdırılır. 

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, bu proqnozu "Wall Street"də fəaliiyət göstərən "Quinlan & Associates" konsaltinq şirkəti verib.

Şirkətin hesabatında bildirilir ki, bitkoinin qiyməti cari ilin dekabr ayınadək hazırkı səviyyədən, təqribən, 8 dəfə azalaraq 1 800 dollara enə bilər. 156 səhifəlik hesabatda bitkoinin qızıl kimi investisiya vasitəsi və ödəmə aləti funskiyası olaraq dəyərindən çox baha olduğu bildirilib: "İstehsal xərcləri və dəyər saxlama vasitəsi baxımından bitkoinin 2 161 dollar və 687 dollar qiyməti olduğu hesablanıb". 

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra qanuni satışda və "qara bazar"da istifadə olunma amillərini hesablamalara qatmaqla bitkoinin 1 780 dollar qiyməti olduğu ortaya çıxıb. Hesabatda qeyd olunub ki, kriptovalyuta bazarının kapitallaşmasının ilin sonunadək 70% daralaraq 223 mlrd. dollara enməsi gözlənilir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et