Bitkoin haqqında izləməyə dəyər 7 sənədli film | Banco.az

Bitkoin haqqında izləməyə dəyər 7 sənədli film

Hər keçən gün dəyəri artan Bitcoin, gələcək üçün bizi həyəcanlandırır. Bu siyahını hazırlayarkən əsas məqsədimiz Bitcoin haqqında biliklərimizi artırmağa və xoş vaxt keçirməyə yönəlib.

 

Life on Bitcoin (2014) IMDb: 8.4

Yeni ailə quran Austin və Beccy Craig-in Bitcoin sərgüzəştlərini əks etdirən "Life On Bitcoin" sənədli filmi ABŞ-da VidAngel-də nümayiş olundu. Film, Craig cütlüyünün nağd pulsuz və dollarsız 100 günlük yaşam mübarizəsini təsvir edir.

 

The Rise and Rise of Bitcoin IMDb: 7.3

Bir kompüter proqramçısının Bitcoin cəmiyyətinə etdiyi qatqı ilə bu yeni texnologiyanın gələcək qlobal təsirini öyrənirik.

 

Bitcoin: The End of Money as We Know It IMDb :7.1

Kickstarter'a bağışlamalar edən bir media təşəbbüskarı Torsten Hoffman, Blockchain.info CEO-su Nic Cary və Bitcoin tanrısı olaraq bilinən Roger Ver ilə müsahibə hazırlayıb. Bu sənədli filmdə, Hoffman, Bitcoin-in gələcək pul sistemini necə dəyişəcəyini izah etməyə çalışıb.

 

Banking on Bitcoin IMDb: 6.6

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin internetin yaranmasından bu yana ən dağıdıcı bir ixtiradır və indi də ütopiklər və əsas kapitalistlər arasında ideoloji bir müharibə davam edir. Film bu texnologiyanın həyatımızı necə formalaşdırdığını göstərir.

 

Magic Money: The Bitcoin Revolution (2017) IMDb: 6.2

Magic Money, Bitcoin-in sirli köklərini, cəmiyyətdəki rolunu və dünyamızın gələcəyini necə formalaşdıra biləcəyini araşdıran sənədli filmdir.

 

Bitcoin in Uganda - Empowering People (Kısa Belgesel)

Beynəlxalq pul köçürmələri üçün Bitcoin-in aşağı əməliyyat ödənişlərinin üstünlüklərini nəzərə alaraq çəkilən filmdə, Amerikada təhsil almaq üçün gözləyən ailəsindən ödəniş gözləyən Uqandalı tələbənin hekayəsi təsvir olunur. Bitcoin-in digər pul köçürmə üsullarına görə üstünlükləri bu sənədli filmdə ətraflı göstərilmişdir.

 

Bitcoins in Argentina (Kısa Beigesel)

Bu sənədli filmdə Bitcoin'in Argentinadakı təsirindən bəhs olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et