Bitcoinin qiymətində kəskin bahalaşma | Banco.az

Bitcoinin qiymətində kəskin bahalaşma

Dünyanın kriptovalyuta bazarında kəskin bahalaşma başlayıb. Son iki gün ərzində əsas kriptovalyuta sayılan bitkoin 20%-ə yaxın bahalaşaraq 5 min dolları keçib. Bahalaşma aprelin 2-də başlayıb – saat ərzində qiymətlər 15%-dən çox artaraq 4 196 dollardan 4 849 dollara yüksəlib. Bundan sonra da qiümə artımı davam edib və 5 min dolları keçib. Hazırda, Bakı vaxtilə 8.34-ə olan məlumata bitkoin 4 944 dollara satılır.

Bitkoinin bahalaşması digər kriptovalyatalara – altkoinlərə də təsir edib və bütün bazarda bahalaşma başlayıb. Bazar kapitalizasiyasına görə 100 ən böyük kriptovalyutanın 92-də qiymətlər artıb.

Ən böyük artım Bitcoin Cash-dadır – 44,36%. «Metaverse ETP» 34,75%, «Augur» - 32,47%, «NEM» - 30,15%, «TTC Protocol» - 27,65%, «Dogecoin» 26,39% bahalaşıb.

Rusiyalı ekspert, BİTS.MEDİA portalının rəhbəri İvan Tixonov bildirib ki, bahalaşmanın səbəbi dəqiq bilinməsə də, bu çox güman ki, ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin dəyişməsi ilə balıdır.

Ən sərfəli kredit üçün müraciət et

«ABŞ konqresinə iki qanun çıxarılıb, Birincisi - kriptovalyuta investorlarının maraqlarının qorunması haqqında, ikincisi – kriptovalyutalarla iş üzrə ABŞ-ın cəlbediciliyinin artırılması haqqında».

Bu təşəbbüslər ABŞ bazarında kriptovalyutaların leqallaşmasına işarədir. Nəticədə bu dəyişiklik bütün kriptovalyutaların qiymətini artırıb. Hərçənd, indi4i qiymətlər 2017-ci ili sonundakı pik qiymətlərlə (20 min dollar) müqayisə edilə bilməz.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et