Bitcoin yeni rekord qırmağa çox yaxındır | Banco.az

Bitcoin yeni rekord qırmağa çox yaxındır

“eToro”-nun analitiki olan tanınmış Bitcoin mütəxəssisi Mati Qrinspan açıqlamasında Bitcoin-in yenidən 20 min dollara yüksələcəyini bildirib. O, gələcəkdə qiymətin indiyədək qeydə alınan ən yüksək məbləği keçəcəyinə inanır.

Fərqli bi bazar

“Gələcəkdə nə olacağını bilmirəm. Mən ekstrasens və gələcəyi görən biri deyiləm. Sadəcə olaraq, 20 min dollarlıq rekorddan başlayan enişin normal bir geri çəkilmədən daha çoxuna sahib olduğuna inanıram”, – deyən Qrinspan bir varlığın dəyərindəki ani bir artımın ümumiyyətlə bir geri çəkilmə ilə təqib edildiyini vurğulayıb.

“Bitcoin-in qiyməti hər zaman hərəkət edər və yeni böyüklük dərəcəsinə çatarsa, bundan dolayı bir növ geri çəkilmə müşahidə olunmalıdır. Eyni proses 8 sentdən 3.50 dollara qalxdıqdan sonra 1 dollara endiyi vaxt da baş tutdu. Bir il əvvəlki qiymətin 5-6% daha çoxunu müşahidə edirik”.

Bəzi analitiklər Bitcoin-in 20 min dollardan 8 min dollara enişini 2014-ci ildəki böyük enişi xatırlatdığını söyləyirlər. Həmin vaxt Bitcoin 80% dəyər itirmişdi.

İndi bazar fərqli bir vəziyyətdədir və qlobal kriptovalyuta bazarlarında günlük 30 milyard dollar əməliyyat həcmi var. Bazarın likvidliyi və həcmi 2014-cü illə müqayisədə dəfələrlə çoxdur. Təşkilati investorlarla böyük miqyaslı pərakəndə tacirlərinin də iştirakı bazarın formalaşmasına təkan verir.

“CCN” son olaraq, maliyyə sektorunun ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”-ın Bitcoin sektoruna daxil olduqdan təxminən altı ay sonra bir kriptovalyuta ticarəti müəssisəsi qurmağa rəsmi olaraq qərar verdiyini açıqlayıb.

“Goldman Sachs”-ın idarəçisi olan Rana Yared bankdakı tacir və investorların kriptovalyutalara şübhə ilə yanaşdıqlarını söyləyib. Ancaq müştərilərindən gələn həddindən artıq tələb və sərmayəçilərinin alternativ bir dəyər anbarı olaraq Bitcoin-ə sahib olma istəkləri səbəbindən bankın Bitcoin tələbini yüngülləşdirməyə başlayacağını da əlavə edib.

“Özümü Bitcoin-in dünyanı ələ keçirəcəyini düşünərək oyanan həqiqi mömin kimi hiss etmirəm. Bu platformaya daxil olan hər kəs üçün artıq masya şəxsi şübhəçilik də gəlib”, – deyən Yared dəyər saxlamaq baxımından öz platformalarının ideal olduğunu vurğulayıb.

Bütün dövrlərin ən yüksək qiyməti

Qrinspan, milyarder Mayk Novoqratz və “Pantera Capital”-ın CEO-su Den Morehed Bitcoin-in qiymətinin bu il yeni rekorda imza atacağını düşünürlər. Məşhur kriptovalyutanın ilin sonunadək 20 min dolları keçməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et