Bitcoin yenə balon adlandırıldı, statistika isə əksini deyir | Banco.az

Bitcoin yenə balon adlandırıldı, statistika isə əksini deyir

Martın 14-də 81 milyard dollarlıq sığorta nəhəngi “Allianz”-ın qlobal iqtisadiyyat və strateji lideri Stefan Hofriçter tərəfindən yayımlanan hesabatda kriptovalyutaların bir balon olduğu iddia edilib.

Təkrarlanan əsas dəyər müzakirələri

Hofriçter Bitcoin kimi kriptovalyutaların vacib dəyərinin olmadığını və təməl qiymətin sıfır olduğunu iddia edib.

“Kağız pul və buna bənzər valyutaların əksinə olaraq, Bitcoin boşluğa kürəyini dayamaq kimi gəlir axını yaratmır. Bitcoin-in bazarı həcm baxımından kiçik olduğu üçün “real vəziyyətdəki” inflyasiya təsiri də çox azdır. Nəticə olaraq, Bitcoin-dən təsirlənə biləcək maliyyə sabitlik risklərinin gözdən keçirilməli olduğunu düşünürük”.

Buna baxmayaraq, “Golden Sachs”-ın CEO-su Lloyd Blankfeyn kimi analitiklərin dəfələrlə qeyd etdiyi kimi əsas dəyər anlayışı özü də qüsurludur və aktivlərin təməl qiymət onsuz da yoxdur. Məsələn, ərz və tələbləri tamamilə sərbəst bazar tərəfindən təyin olunduğu üçün ehtiyatlar, əmtəələr və ənənəvi pulların da əsas dəyəri yoxdur.

Multi-milyard dollarlıq holdinqlərin rəqəmsal istiqrazlara əsaslanandığını və bunun da əsas dəyər olmadığını vurğulayan “Fundstrat” analitiki Tom Li:

“Əgər bir “baby boomer”-ə “hər hansı rəqəmsal əməliyyatın varlığı qanunidirmi?” deyə sual versəniz, ehtimal ki, hazırda “S&P 500”-dəki ən böyük şirkətlər olan “Facebook”, “Google”, “Netflix”, “Amazon” və “Apple”-ı qəbul etməyəcəklər. Bunlarsa tamamilə rəqəmsal sənayeyə əsaslanan sektorun şirkətləridir”.

Bitcoin şəbəkəsinin əməliyyat etmə gücü elə bir həddə çatıb ki, təkbaşına hər hansı qurum və ya təşkilat onunla ayaqlaşa bilməz. Bununla ikili xərcləməyə keçid verilmir və bir şəxsin daha çox kriptovalyuta çıxararaq sistemi əlinə alması ehtimalı aradan qalxır.

Ən önəmlisi isə yalnız akkreditə edilmiş investorlar və brokerlərə açıq olan qiymətli kağızlar birjası və ya digər birjalara qarşılıq olaraq kriptovalyuta bazarı tamamilə açıqdır. Bütün investorlar əməliyyatlarla məşğul ola bilərlər. Bitcoin və digər böyük kriptovalyutalar qlobal qiymətli kağızlar birjasındakı digər səhm və aktivlərin heç olmadığı dərəcədə sıx hal alıb.

Axtarış motoru nəticələri

Tanınmış kriptovalyuta analitiki Boks Mininq iddialara zidd olaraq, “Google”-da “bitcoin balonu” ifadələrinin axtarış sayının 2017-ci ilin sonundan bu yana azaldığını bildirib.

Yanvar-fevral ayları arasında kriptovalyuta bazarında aparılan əsas düzəliş bizə kriptovalyutaların likvidliyinin bazarda uzun müddət davam edən balonların formalaşmasına mane olduğunu göstərdi. Qısa müddət davam edən balonlar isə kiçik və ya böyük düzəlişlər səbəbiylə partlayırlar, çünki əsas kriptovalyutaların dəyəri 50% -70% arasında eniş yaşaya bilər.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, içindəki bütün investorları, milyard dollarlıq sərmayələri ilə tacirləri və 13.5 milyard dollarlıq günlük əməliyyat həcmini heçə sayaraq bir bazarı balon olaraq dəyərləndirmək əsla uyğun deyil.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et