Bitcoin taxtından enir - Bir nömrəli kriptovalyuta hansı olacaq? | Banco.az

Bitcoin taxtından enir - Bir nömrəli kriptovalyuta hansı olacaq?

Sahib olduğu bazar dəyəri ilə bazarda liderlik edən Bitcoin-in taxtından enib-enməyəcəyi ciddi müzakirə olunur. “Bitcoin-in İsası” kimi tanınan Rocer Ver ötən günlərdə mövzuyla bağlı açıqlama vermişdi.

Ethereum-u Bitcoin-i keçməsi hadisəsi kriptovalyuta topluluğunda “flippening” adlanır. Bu durum bazardakı altcoinlərin Bitcoin-dən müstəqil hərəkət etmələri deməkdir. Sözügedən ssenari baş versə, bazarda Bitcoin-in hakimiyyəti başa çatacaq. Bəs bunun baş verəcəyinin əlamətləri nələrdir?

Ötən həftələrdə 9000 dolları keçməyi bacaran Bitcoin son günlər çətinliklərlə üzləşir. Son 10 gündə 9000 dollara yüksələ bilməyib. BTC-nin ümumi bazar payı 37.2%-dir. Ethereum-un kriptovalyuta bazarındakı payı isə 19%-dək artıb. Bu da “flippening” məsələsini yenidən gündəmə gətirib.

Bazardakı mövqeyi möhkəmlənən kriptovalyuta təkcə Ethereum deyil. Altcoinlərə marağın artdığını da söyləmək olar. 0x (ZRX), Zilliqa, Zcash, Ontology kimi kriptovalyutaların BTC-ilə müqayisədə dəyər qazanması bunun bariz nümunəsidir.

Bitcoin-in qiyməti 4 gün əvvəl son iki ayın ən aşağı göstəricisinə – 7,925 dollara endi. Aelf (ELF) və 0x (ZRX) kimi kriptovalyutalar da sürətlə dəyər itirdi.

Bütün bunları nəzərə aldıqda Bitcoin-in bazardakı hakimiyyətini getdikcə itirdiyini söyləmək olar. Buna görə bazardakı əksər istifadəçi və investor daha çox hərəkətli coinlərə üstünlük verir. Kriptovalyutaların əksəriyyətinin gündəlik həyata istiqamətli tətbiqlərinin olduğunu görürük. Bu tətbiqlər “Konsepsiya sübutu” kimi də ifadə edilir.

Bəlkə də Ethereum doğrudan da ilin sonunadək Bitcoin-i keçəcək. Rocer Verin fikrincə Bitcoin Cash 2020-ci ildə həm Bitcoin-i, həm də Ethereum-u geridə qoyacaq.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et