Bitcoin sürətlə ucuzlaşdı – Yeni qiymət | Banco.az

Bitcoin sürətlə ucuzlaşdı – Yeni qiymət

Martın 14-də Bitcoin-in qiyməti 8300 dollardan da aşağı düşərək son bir ayın ən aşağı göstəricisini formalaşdırıb.

“Coindesk”-in Bitcoin qiymət indeksinə (BPI) görə, çərşənbə günü əməliyyata 9144 dollardan başlayan Bitcoin gün ərzində 9313 dollaradək yüksəlib. Lakin 1000 dollardan artıq dəyər itirərək 8219 dollar olub , bununla da son ayın ən aşağı göstəricisi qeydə alınıb. Bitcoin-in qiyməti hazırda 8241 dollar civarındadır.

8 min dollar səviyyəsinə qədər enməsi əvvəlki texniki diaqram analizlərində qeyd edildiyi kimi, ümumi əməliyyat həcmində aşağı istiqamətli bir tendensiya yarandığını göstərir. Lakin eyni zamanda Bitcoin qiymətləri keçdiyimiz günlərdə bu qiymət intervalında var-gəl edirdi. 10 min dollara yüksəlməsindən hələ bir həftə keçməmiş qiymətlər yenidən sürətlə endi.

Bu gün Bitcoin qiymətlərindəki dəyişkənlik əməliyyatın başlanğıcından etibarən təxminən 9,1% azalıb. Lakin bu həftə Bitcoin-in qiymətində müşahidə olunan bu dəyişkənliyi digər kriptovalyutalarda da görmək mümkündür.

Kriptovalyutaların qiymətini təqib edən “OnChainFX” platformasından alınan məlumatlarda bazar dəyəri baxımından ilk 20-likdəki kriptovalyutaların hamısının eniş yaşadığı göstərilib. Ən çox geriləyən coinlər 17.04% ilə Syscoin (SYS) və 16.37% ilə Golem (GNT) olaraq qeyd edilib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et