Bitcoin son 5 ayın ən yüksək səviyyəsinə çatdı | Banco.az

Bitcoin son 5 ayın ən yüksək səviyyəsinə çatdı

Bitcoin aprel ayına yüksəlişlə başlamışdı. 2 apreldə 14%-lik artımdan sonra bu gün 5500 dolları aşaraq  5 aydan daha uzun vaxtda ən yüksək səviyyəsinə çatdı.

Banco.az xəbər verir ki, kriptovalyutalarda belə yüksəliş 18 Noyabr 2018-ci ildən sonra bu gün ən yüksək səviyyədə qeydə alınıb. Coindesk məlumatlarına görə; hazırda 5%-lik yüksəlişlə 5550.49 dollar səviyyəsində ticarət edir. Coinmarketcap məlumatlarına görə; 24 saatlıq əməliyyat həcmi 16,5 milyard dollara yaxındır.

Bitcoinin başçılıq etdiyi kriptovalyutanın bazar payı 53,2% olaraq təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin qiymətlərindəki artımın digər kriptovalyutaları da stimullaşdırması gözlənilir. Əslində, bu artım artıq görülməyə başlanıb. Bazar qiymətləri sıralamasında, ilk 10 kripto valyutasının 9-da 2% nisbətində yüksəliş başladığı görülür.

Digər kriptovalyutalara baxdığımızda, ethereum 2,86%-lə 175,36 dollar, ripple 0,55% artımla 0,333373 dollar, litecoin qiyməti isə 2,86% artaraq 79,15 dollar alıcılara təqdim olunur. Dördüncü yerdə yerləşdirilən Bitcoin cash isə 2.97% artımla 308 dollar olaraq əməliyyat görür. 

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et