Bitcoin qızılla müqayisə oluna bilərmi? | Banco.az

Bitcoin qızılla müqayisə oluna bilərmi?

Bitcoin yeni çıxmasına baxmayaraq, demək olar ki, qızılla müqayisə olunmağa başlayıb. Bu haqda ilk fikir JP Morgan Chase CEO-na məxsusdur. Beləki, Cemi Dimon ilk başlarda bitcoinə qarşı çıxmış və bitcoinə yatırım edəcək işçiləri işdən çıxaracağını bildirmişdi. Lakin qısa zaman sonra o, özü yatırım etmişdi. Bu hadisə ikinci dəfə təkrarlandıqda heç kim buna təəccüblənmədi. Bundan sonra bir çox məşhur bu sahəyə yatırım etdi. Bu isə öz növbəsində bitcoinin qızılla müqayisəsi məsələsini ortaya çıxardı. JP Morganın bu mövzudakı açıqlaması domino effekti yaratdı.

Qızıl, riskli iqtisadi vəziyyətlərdə ən etibarlı vasitə hesab olunur. Hissə payları və digər vasitələr risk həddinə çatdığı halda qızıl öz stabilliyini qoruya bilir. Bunun əsas səbəbi qızılın faizdən təsirlənməməsi və dəyərini saxlamasıdır.

Dəyərli vasitə kimi qiymətləndirilən bitcoin hal-hazırda getdikdə güclənməkdədir. Buna görə də bitcoin qızılla müqayisə olunmağa başlayıb. Lakin təbii ki, bu mövzuda bitcoinin nə qədər qələbə qazanacağını gələcək göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Lakin bitcoin ilə qızıl arasında çox böyük fərqlər mövcuddur. İlk olaraq, bitcoin qanuni pul vahidi kimi qəbul edilmir. Bəzi ölkələr bitcoini qanuni qəbul etsələr də bir çox hallarda bitcoin qara bazarda və s. kimi qeyri-qanuni işlərdə pulların yuyulması prosesində istifadə edilməsiylə tanınır.

Bundan əlavə bir çox ölkələr qızıl rezervlərinə sahibdirlər və bu da onların iqtisadi sabitliyi tənzimləməsinə yardımçı olur. Bitcoin isə hələ ki, qlobal iqtisadi sistemə daxil edilməyib.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et