“Bitcoin” ilin əvvəlindən 200 dollar dəyər itirib | Banco.az

“Bitcoin” ilin əvvəlindən 200 dollar dəyər itirib

Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.

Bitcoinin qiyməti bu gün 0,77% artaraq 3 min 601 dollar olub. Qeyd edək ki, ilin əvvəlində “Bitcoin”in qiyməti 3 min 798 dollar idi. Başqa sözlə “Bitcoin” ilin əvvəlindən bu günə kimi 200 dollar və ya 5,19% dəyər itirib.

Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti artıb.

Ethereumun dəyəri 0,78% artaraq  117 dollar, Bitcoin Cash də 0,20% artaraq 129 dollar olub.

Dünyanın 100 əsas kriptovalyutasından 82-i bahalaşıb, qalan 18-i isə ucuzlaşıb.

Ən çox dəyər qazanan coin 13,65% artıma malik olan “Pundi X” olub.Qalanlarının artım faizi 0%-10% aralığında dəyişib.

Ən çox ucuzlaşan coin isə 5,76% dəyər itirən “Factom” olub. Onun qiyməti 7,19 dollardır.

Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 120 293 348 894 dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et