Bitcoin həqiqətən “şar balonu” idi və partladı? | Banco.az

Bitcoin həqiqətən “şar balonu” idi və partladı?

Son dövrlər yaşanan və kriptovalyuta bazarında ciddi həyəcan yaradan Bitcoin və digər altcoinlərin qiymətindəki eniş ciddi müzakirələrə səbəb olub. Əslində, belə enişləri ümumi olaraq nəzərdən keçirmək lazımdır. Çünki keçmişdə baş verən və uzun müddət davam edən qiymət azalmalarından sonra vəziyyət necə düzəlib, hadisələr necə cərəyan edib, onu araşdırmaq vacibdir. Son 5 həftədə baş verən enişə bu istiqamətdən baxaq…

Bəzi media qurumları Bitcoin-i şar balonu ilə müqayisə edərək artıq partladığını bildirirlər, ancaq reallıq budur ki, iqtisadiyyat hələ yeni başlayır.

Son günlərdə Bitcoin-in qiymətində yaşanan eniş mediada müxtəlif yanaşmalara səbəb oldu. Kriptovalyuta bazarının yüksəlişdə olduğu, Bitcoin-in qiymətinin 20 min dollara çatdığı ötən ilin dekabr ayından bu yana ciddi dəyişikliklər baş verdi. Bəzi qurumlar Bitcoin-in maksimum 10 min, bəziləri isə 2 min dollaradək enəcəyini bildirmişdi.

Bitcoin-in ilk qiyməti ilə cari qiyməti arasında hazırda 70 min faizlik bir fərq var.

Bu toparlanma prosesi çox ağır keçir

Bitcoin-in ötən illərdəki ucuzlaşıb yenidən özünə gəlmək prosedurunu indiki ilə müqayisə etsək, qarşımıza bu nəticələr çıxır: Bitcoin bazarları ötən illər ərzində irili-xırdalı ciddi toparlanmaları həmişə yaşayıb. Lakin indiki özünübərpa prosesi əvvəlki 4 böyük düzəlişə nisbətən daha çətin keçir.

2017-ci il dekabrın 17-də 20 min dollara yüksələn və o zamankı dəyərin 60 faizini itirən Bitcoin-in yaşadığı bu düzəliş 2012-ci ilin iyun ayında baş verən hadisələrdən dolayı 36 faizlik qiymət azalmasını da geridə qoyub.

Həmçinin, bu bərpa prosesi 2014-cü ildə qeydə alınan “Mt Gox” kiber hücumunu da geridə qoyub. Həmin vaxt Bitcoin 49 faiz dəyər itirmişdi.

2017-ci ilin oktyabrında Çində verilən birja qadağası ilə Bitcoin bu dəfə 40 faiz ucuzlaşmışdı.

Daha pis bərpa prosesləri də olub

Bu 4 nümunə sizi çaş-baş salmasın. Bitcoin-in tarixində indikindən də pis dönəmlər olub. 2011-ci ildə yenə “Mt Gox”-un ilk dəfə kiber hücuma məruz qaldığı zaman Bitcoin-in qiyməti təxminən 94 faiz aşağı düşmüşdü. 2013-cü ildə isə kriptovalyuta ticarətinin dayandırılması xəbəri 79 faiz dəyər itkisinə səbəb olmuşdu.

Son dəfə Bitcoin-in dəyəri 2013-cü ilin noyabr ayından 2015-ci ilin yanvar ayına qədər davamlı enmiş və bundan sonra böyük düzəliş baş vermişdi. Həmin vaxt Bitcoin 87 faiz ucuzlaşmaya məruz qalmışdı.

Düzəlişlərə baxmayaraq, dəyər artımı çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Bütün Bitcoin-i balona bənzədərək partladığını bildirənlərin nəzərdən qaçırdığı bir məsələ var. Yuxarıda qeyd etdiyimiz bu qiymət düzəlişlərindən sonra özünə gəlməyi bacaran Bitcoin-in ilk və son qiyməti arasında 70 min nisbətdə bir fərq mövcuddur. Yaxın dövrlərə baxsaq, ötən il bu vaxtların Bitcoin-i ilə hazırki Bitcoin arasında böyük fərq var. İndiki qiymət bir il əvvəlkindən təxminən 720 faiz daha yüksəkdir. Sadəcə Bitcoin yox, əksər kriptovalyutalar ilk qiymətlərindən daha yuxarıda mövqe tuturlar.

Əlbəttə ki, qiymətləri belə dəyişkən olan və investorların əksəriyyətinin çox da məlumatlı olmadan daxil olduğu bu bazarda qiymətlərin yenidən artacağını iddia etmək doğru olmaya bilər. Bitcoin üçün hər an hər şey gözləniləndir. Tarix təkrarlanacaq, yoxsa bu dəfə fərqli olacaq, bunu zaman göstərəcək.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

“Lightning Network” nədir və necə işləyir?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et