"Bitcoin Dollar üçün təhlükədir" | Banco.az

"Bitcoin Dollar üçün təhlükədir"

Texas əyalətinin köhnə Respublikaçı senatoru Ron Paul, Bitcoinin dolları yox edə biləcəyini söylədi.

ABŞ-da Texas əyalətinin Respublikaçı köhnə senatoru Ron Paul, Bitcoinin dollar üçün ciddi təhlükə ola biləcəyini söylədi.

MarketWatch-un xəbərinə görə Bitcoin keçən ay Fed rəsmilərinin virtual pul vahidini dəstəkləməsi ilə 600 dollardan 1200 dollara qədər çıxdı. Bitcoin indi 1,000 dollara qədər azalmış olsa da, gələn şərhlər, virtual pulun çox diqqət çəkdiyini ortaya qoyur.

Ən sərfəli kredit üçün müraciət et

CNNMoney-yə müsahibə verən Paul, dollara alternativlərin olacağını söyləyərək, Bitcoinin də onlardan biri ola biləcəyini söylədi. Paul, əgər kütlələr Bitcoin istifadə etməyə başlayarsa, virtual pul vahidinin tarixə "dolların yıxıcısı" olaraq keçəcəyini müdafiə etdi. Ancaq Paul, yenə də mövcud pul siyasətini qorumaq istəyənlərin kənarda dayanmayacağını və meydanı Bitcoinə mübarizəsiz buraxmayacağını bildirdi.

ecolife

Ən sərfəli krediti almaq üçün müraciət et