Birja indeksləri geriləyib | Banco.az

Birja indeksləri geriləyib

ABŞ-da gəlir əyrisi tərsinə dönüb və bu, durğunluq narahatlıqlarını artırıb.  Birja indeksləri 3%-dən çox geriləyib.   

Bağlanışda Dow Jones indeksi 3,05% düşərək 25479,42 bənd, S&P 500 indeksi 2,93% düşərək 2840,60 bənd, Nasdaq indeksi də 3,02 % düşərək 7773,94 bənd səviyyələrinə geriləyiblər.

Geo-siyasi gərginliklər və ticarət müharibəsinin sərmayəçilərdə narahatlıq yaratması ilə yanaşı ABŞ-da gəlir əyrisinin tərsinə dönməsi qeyri-müəyyənlikləri dərinləşdirərək birjalarda kəskin satışlara səbəb olub.  

Ən sərfəli kredit üçün müraciət et

Fed-in ABŞ iqtisadiyyatının durğunluğa girməsinin qarşısını almaqda yüksək ehtimalla təsirsiz qalacağı bildirilir.

Həftənin əvvəlində ABŞ, Çindən idxal olunan kompüter, oyuncaq, video oyun konsolları, ayaqqabı, geyim məhsulları və mobil telefon kimi bəzi məhsullara əlavə vergi tətbiq edilməsini 15 Dekabra qədər təxirə salıb. Qərardan dəstək alan qlobal bazarlar durğunluq narahatlıqları ilə satışa keçərək itkilərini artırıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et