Birja əqdlərinin həcmində artım müşahidə olunub | Banco.az

Birja əqdlərinin həcmində artım müşahidə olunub

2015-ci il may ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) tərəfindən qeydə alınmış alqı-satqı səhmləri üzrə birja əqdlərinin həcmi ötən ilin may ayı ilə müqayisədə analoji göstərici 11 dəfə artıb.

Bu barədə MDM-nin saytında dərc olunan xəbərdə bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, hesabat dövründə nominal dəyəri 233,04 milyon manat həcmində 311 əqd, ötən ilin may ayında 20,4 milyon manat həcmində 394 əqd qeydə alınıb.

Birjadankənar əqdlərin həcmi ötən ilin may ayının analoji göstəricisi ilə müqayisədə 10,6 dəfə artıb. 2014-cü il may ayında MDM tərəfindən 4,98 milyon manatlıq 64 əqd qeydə alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et