Birinci rübdə qeyri-neft sektoru üzrə 1,7 faiz real artım qeydə alınıb | Banco.az

Birinci rübdə qeyri-neft sektoru üzrə 1,7 faiz real artım qeydə alınıb

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə görüşdə qeyd edib ki, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin əvvəlindən ölkə iqtisadiyyatında normal iqtisadi aktivlik olub. Bu müsbət nəticələri iki əsas faktorla - ümumi iqtisadi artım və "ağarma" ilə əlaqələndirən N.Şirinov deyib: "Ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə ÜDM-də qeyri-neft sektoru üzrə 1,7 faiz real artım baş verib. İnvestisiya xərcləri 12,5 faiz artıb, idxalın həcmində 43 faiz, qeyri-neft ixracının həcmində 16,5 faiz artım olub. Bunlar vergi ilə əlaqəlidir və dövriyyələrə təsir edir. Qeyri-neft sektorunda dövriyyələrdə də təxminən 4,6 faiz artım müşahidə olunur".

Ən sərfəli kredit üçün müraciət et

Vergi daxilolmalarının artımı ilə bağlı N.Şirinov deyib ki, qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmələrdə 16,7 faiz "ağarma" müşahidə olunur. Buna görə də ilk rübdə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz artıb. Bu müqayisədə neft sektoru üzrə 57 milyon və ya 12,5 faiz, qeyri-neft sektoru üzrə 179 milyon manat və ya 18,3 faiz artım olub. Neft sektorundan artım yığımı isə cəmi 57 milyon manat təşkil edib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et