Bir B-dən başqa bir B-yə: Barterdən Bitcoinə | Banco.az

Bir B-dən başqa bir B-yə: Barterdən Bitcoinə

İstər dollar olsun, istər avro, yuan, rubl, paund fərqi yoxdur , bu bir həqiqətdir ki dünya valyuta sistemi üzərində qurulub.  Lakin barter dövründən başlamış bitcoinə qədər  tədiyyə vasitələri inanılmaz dərəcədə dəyişmişdir. Gəlin onlara nəzər salaq.

B.e.ə 9000 illər. Barter dövrü

Eramızdan əvvəl  9000-ci ildə Misirdə  fermerlər qoyunları inəklərlə, taxılbiçənlərlə taxılı biçmək üçün lazım olan yağla dəyiş-döyüş edirdilər.

Barter kimi tanınan bu əməliyyatlarla əşyalar çoxistiqamətli hala gəlmişdi. Misir papirusları,  qiymətli daşlar,  ikiçarxlı arabalar vasitəsi ilə insanlar müxtəlif heyvanları,  Afrikadan və Asiyadan gətirilmiş dəyərli dəriləri və faydalı qazıntıları asanlıqla əldə edə bilirdi.  Lakin sonradan pulun yaranması ticarətdə qiymətqoymanın önəmliliyini bir daha sübut edir.

B.e.ə 600. Dünyanın ilk sikkəsi

Nəhayət müzakirələrə son qoyulur, Lidiya krallığında (hazırda Türkiyyənin bir hissəsidir) dünyanın ilk valyutası qeydə alınır. Dünyanın ilk valyutasının üzərində kükrəyən bir aslanın başı təsvir edilirdi, arxa tərəfi isə sadə simvollardan ibarət idi.

Qeyri-bərabər forma və ölçüdə olan bu sikkələr,  qızıl və gümüşün qarışığından düzəldilmiş eletronlardan yaradılmışdır. Çəkisinə görə müəyyən edildiyindən, ən aşağı çəkiyə malik sikkə 0.15 qram ağırlığında idi. Bu səbəbə görə, sikkələr sayılmaq əvəzinə tərəzidə çəkilirdi.

B.e 1250. Beynəlxalq ticarətin çiçəklənmə dövrü

Florensiyada  bizim eramızın 1252-ci ilindən 1533-cü ilinə qədər metaldan hazırlanmış Florin adlı sikkə yaradıldı.  Bu qızıl sikkə  bir neçə əsr öz dəyərini qoruyub saxlaya bilmişdi,  Avropa yanı bir sıra ölkələrdə mübadilə vasitəsi kimi qəbul edildi. Eyni zamanda qitədə beynəlxalq ticarətin inkişafında əsas rol oynadı.

B.e 1290. Banknotların təqdimatı

XIII əsrdə  Marko Polo kimi bir sıra səyahətçilər XI əsrdən kağız pul vahidinin istifadə edildiyi  Çindən Avropaya banknot anlayışını gətirdilər.   Əslində banknot üzərində qeyd edilmiş pulun ödənilməsini məcburi edən,  faizi mövcud olmayan, qanunu bir ödəmə vasitəsi idi. Lakin Avropa banknotlara hələki hazır deyildi.  İsveç kimi ölkələrin bu sistemə uyğunlaşması demək olar ki, 300 il çəkdi.

Orta əsrlər. Kolumb valyuta sistemini qeyri-sabitləşdirdi.

Avropa ölkələrində 1347-1353 illərdə baş vermiş Yersinia pestis  adlı bakteriyanın yaratdığı taun xəstəliyi (qısaca Qara ölüm adlandırılır)  və saxta sikkələrin artması inflyasiyaya gətirib çıxarmışdı.  Qiymətlər 1400-cü illərə qədər normala dönsədə  Kolumbun keçən əsrdə  Amerikalılarla əlaqə yaratdığı zaman avropa bazarlarına axan dəyərli metalların  çox hissəsi valyutanı qeyri-sabitləşdirmişdi.

1871. Elektron pulların yaradılması

1851-ci ildə New York and Mississippi Valley Printing Telegraph Company  kimi Samuel L. Selden, Hiram Sibley və başqaları tərəfindən qurulan  Western Union 1861-ci ildə Amerikada qitələrarası teleqraf xəttini qurdu.  1871-ci ildə şirkət teleqraf vasitəsi ilə ilk pul transfer əməliyyatını etdi, bu isə elektron pulun yaradılması demək idi.

1950. İlk kredit kartı

1950-ci ildə  Frank McNamara tərəfindən yaradılan  Dinners  Club kredit kartı dünyanın ilk kredit kartı olur. Belə ki,  günorta yeməyini restoranda yeyən Frank ödəniş etmək üçün cibində nəğd pul tapmır. Buna görə də həyat yoldaşına zəng edərək ona pul göndərməsini xaiş edir, beləliklə Amerika və Kanadada kredit kartları ilə edilən minlərlər əməliyyatlara görə insanlar Frankın  bu hərəkətinə görə daima ona minnətdar qalacaqdılar.

1967. Bankomatların (ATM) yaradılması

İlk bankomatın yaradıcı əslən erməni olan  Luther George Simciyan  idi, lakin 1930-cü illərdə Amerikada belə maşınlara tələb olmadığı üçün çox da istifadə edilmirdi.  Daha sonra ingilis  John Shepherd-Barron Arximed kimi hamada çimərkən   bankomat yaratmaq ideyası ağlına gəlir. Onun bu ideyası De La Rue  firmasının köməkliyi ilə Barclays bankına təqdim edilir və şimalı Londonun  Enfield qəsəbəsində ilk avtomatik bankomat  quraşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Plastik kartlar hələ də istehsal edilmədiyi üçün  ilk bankomatlarda  radioaktiv maddələrdən hazırlanmış kartlardan istifadə edilir. Bu kartlar vasitəsi ilə maksimum bir dəfəyə 10 sterlinq ödəniş etmək mümkün idi.

1984. Telefon bankçılıq

Telefon bankçılığı 1980-ci illərdə ilk dəfə əsası qoyulur, belə ki  1984-cü ildə  Böyük Britaniyadakı Girobank  telefon bankinq xidmətini təklif edən ilk banklardan biri olmuşdur. Telefon bankçılığı 1980-1990-cı illərin əvvəllərində böyüməyə başlayır  və başqa banklar tərəfindən də istifadə olunur. Lakin 1990-cı illərin əvvəllərində onlayn bankçılıq xidmətinin  inkişafı telefon bankçılıqdan istifadənin azalmasına gətirib çıxardı.

1990. İnternet bankçılıq.

Şotlandiya bankı müştərilərinə Homelink adlı ilk İnternet bank xidmətini təklif edir. Belə ki, pul köçürmək və ya pul  göndərmək üçün bir televiziya  və telefon lazım idi və bildiyimiz kimi bu da internet bankçılığın əsasını qoyur.

1990-cı illərin əvvəllərində bir sıra banklar müştərilərinin sadiqliyini qazanmaq üçün internet bankçılıqdan istifadə etməyə başladı. Bu xidmət o qədər genişlənmişdi ki, Bank of Amerika 10 il ərzində 2 milyona yaxın internet bankçılığı xidmətindən istifadə edən müştərilər əldə etmişdi.

1997. Kontaksız  yanacaq ödənişi

1997-ci ildə Mobil Oil Corp, istehlakçının istifadə etdiyi  yanacağa görə ödəmək imkanı verən elektron ödəniş sistemi olan Speedpass təqdim edir. Speedpass, kontaktsız  ilk ödəniş nümunəsidir, indi isə bütün dünyada yayılmışdır.

2005. EMV

EMV adı  Europay, MasterCard ve Visa adlarının qısadılmasıdır. Bəli, bu dövr dünya sistemində ağıllı kartların dövrü idi.  Hazırda  JCB, American Express, China UnionPay ve Discover kartlarının da qoşulması ilə birlikdə  EMVco adlandırılan bu  sistemin keçmiş adlarında biri də Chip və Pin olmuşdur. İlk dəfə yarandıqda bu sistem  tərqibən  hər 10 bankdan  dördündə istifadə edilirdi.

2009. Bitcoin və proqramlaşdırılmış pullar

Satoshi Nakamoto 2008-ci ildə İnternetdə kriptovalyutalar  haqqında bir yazı dərc edir, ilk bitcoinlər isə 2009-cu ildə qlobal maliyyə böhranından sonra dövriyyəyə buraxılır.

İlk bitcoin əməliyyatı 2010-cu ildə Papa Johnsda iki pizza almaq üçün istifadə edilir. Belə ki, indiki dəyərinə görə həmin pizzaya 4 milyon dollar artıq xərc çəkilən bu əməliyyatda 10.000 bitcoindən istifadə edilir.

2014. Apple Pay

Apple məhsullarında rəqəmsal pul qabı rolunu oynayan ödəmə vasitəsidir.  Visa PayWave, MasterCard-ın PayPass və American Express ExpressPay satış nöqtələri vasitəsi ilə işləyir.  Dünyada insanların 40%-nin istifadə etdiyi bu rəqəmsal pul qabı sadəcə Amerika və Birləşmik krallıqda istifadə edilir.

2016. Blockchain

Bitcoinin əldə etdiyi uğurlardan sonra insanlar blockcahin texnologiyasın daha da maraq saldılar. 2016-cı ildən bəri  NASDAQ və NYSE  daxil olmaqla məşhur maliyyə qurumları  35 blockcahin layihəsindən   bir milyard dollardan çox gəlir əldə edilmişdir. 

Bu da sizə maraqlıdır:

Bitcoinlə zəngin olan 18 yaşındakı milyonçu Erik Finmanın hekayəsi

Kriptolvalyuta debatı: Gələcəyin pulu yoxsa aldadıcı reklam?

Altcoinlər barədə suallara cavab

Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et