Bill Qeyts yenə Amerikanın ən zəngin milyarderidir | Banco.az

Bill Qeyts yenə Amerikanın ən zəngin milyarderidir

Amerikanın Forbes jurnalı Microsoft korporasiyanın 58 yaşlı təsisçisi - Bill Qeytsi  ABŞ-ın ən zəngin insanı elan edib. Amerikanın ən zəngin 400 insanının reytinqi isə Forbes jurnalında dərc olunub.

29 sentyabr 2014-cü il tarixinə Qeytsin sərvətinin miqdarı $81,2 milyard həcmində qiymətləndirilir. Mart ayında isə bu rəqəm $76  milyard idi. Bu isə Qeytsə dördillik fasilədən sonra Forbes dünya zənginlərinın qlobal reytinqində yenidən ilk pilləyə yüksəlmək imkanı vermişdi. Bu zaman o Meksikalı milyarder Karlos Slimi geridə qoymağa müvəffəq olmuşdu, Slimin sərvəti mart ayında $72 milyard həcmində qiymətləndirilirdi.

"Amerikanın 400 zəngini" reytinqində 2-ci yeri isə 84 yaşlı Uorren Baffet tutub, onun sərvəti $81,2 milyard həcmində qiymətləndirilir. Üçlüyü isə Oracle şirkətinin təsisçisi Larri Ellison qapayır. Forbes onun sərvətinin miqdarını $48,6 milyard həcmində qiymətləndirir.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın ən zəngin insanlarının reytinqində postsovet məkanından olan yetirmələr də var. Xüsusən də internet nəhəngi Google-un həmtəsisçisi Serqey Brini qeyd etmək olar, o reytinqdə 14-cü pilləni tutub. Forbesə görə, onun sərvətinin miqdarı $31,2 milyarddır.

Rusiya əsilli biznesmen Len Blavatnik, $21,6  milyard dollar ilə siyahıda 22-ci yeri tutub. Reytinqə yeni daxil olanlar içərisində ən zəngin milyarder isə Ukrayna əsilli, WhatsApp messencerinin həmtəsisçisi Yan kum olmuşdur,  sərvətinin miqdarı 7,7 milyar dollar ilə.

2014-cü il reytinqində yeni milyarderlərin sayı isə cəmi 27 olub. Onlardan üçü xanımdır. Bu sırada qan təhlili metodu olan Theranos-un əsasını qoyan Elizabet Xolmsu ((№111, sərvətinin miqdarı - $4,5 milyard) qeyd etmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et