Beynəlxalq ödəmə sektorunda ən böyük satınalma - 43 MİLYARD DOLLAR | Banco.az

Beynəlxalq ödəmə sektorunda ən böyük satınalma - 43 MİLYARD DOLLAR

ABŞ-ın maliyyə xidmətləri nəhəngi "Fidelity National Information Services Inc."  şirkəti (FIS) yenə ABŞ-ın porssesinq (onlayn ödənişlərin emalı) şirkəti "Worldpay Inc."ı 34 milyard dollarlıq nağd pul və qiymətli kağızı (səhmi) qarşılığında satın alacaq.

Sözügedən müqavilə, beynəlxalq ödəmə sektorunda indiyədək ən böyük müqavilə olacaq.

İki şirkət tərəfindən Bazar ertəsi günü verilən məlumata görə, "Fidelity"inin "Worldpay"in borclarını da üzərinə götürməsilə birlikdə müqavilənin dəyəri 43 milyard dollar olur.

Ən sərfəli kredit üçün müraciət et

FIS-in mövcud səhmdarları birləşmədən sonrakı şirkətin təxminən 53%-nə, "Worldpay"in səhmdarları isə   47%-nə sahib olacaq.

"Boston Consulting Group" və "Swift"in hesabatına görə, ödənişlər sektorunun ümumi dövriyyəsinin 2027-ci ilə qədər 2.4 trilyon dollara çıxması gözlənilir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç