Beynəlxalq maliyyə qrupundan Dollar/TL proqnozu | Banco.az

Beynəlxalq maliyyə qrupundan Dollar/TL proqnozu

Beynəlxalq maliyyə xidmətləri qrupu "Manulife"ın inkişaf edən bazarlar üzrə stajlı strateqi Riçard Segal "Bloomberg"ə verdiyi açıqlamasında, Dollar/TL məzənnəsinin ilk rübün sonuna və ikinci rübün əvvəlinə doğru 5.20 və ya 5.25 səviyyələrində ola biləcəyini söyləyib.

Segal, son vaxtlar məzənnədəki oynaqlığın çoxunun geosiyasi narahatlıqlar ilə bağlı olduğunu bildirib: "Ancaq bunlar ortadan qalxdıqca və xüsusilə də ABŞ və Türkiyə hökuməti arasında münasibətlər inkişaf etdikcə məzənnə sabitləşəcək". 

Əhalinin oynaqlıq baş verən zamanlarda ABŞ dolları almasının normal bir şey olduğunu deyən Segal, "Bunun əhali üçün tipik bir şey olduğunu deyə bilərəm. Çünki xüsusən iqtisadi oynaqlıq baş verən dövrlərdə dollara investisiya qoymaq  əhali üçün tipik bir şeydir. Türk lirəsini digərləri ilə müqayisə etdiyimiz zaman yaxşı olduğunu düşünürəm. Bu ilin əvvəllərindən çox satış yaşamadı" deyib.

Ən sərfəli kredit üçün müraciət et

Segal, "Əgər dollar/TL 5.10 səviyyələrinə enərsə, bu vəziyyət müvəqqəti bir hal olacaq. Amma ilk rübün sonuna və ikinci rübün əvvəlinə doğru 5.20 və ya 5.25 olacağını gözləyirik" deyib.

Bakı vaxtı ilə saat 08:45-də Dollar/TL məzənnəsi 5.35 səviyyələrində olub. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et