Beynəlxalq Bank yeni bankomatlar quraşdırıb | Banco.az

Beynəlxalq Bank yeni bankomatlar quraşdırıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin yanvar-avqust aylarında ölkənin 35 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb. Bu, ölkə bankları tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 64 faizini təşkil edir. Bankdan bildiriblər ki, hazırda ABB-nin bankomatlarının sayı 725-ə çatıb ki, bu da ölkə üzrə bankomatların ümumi sayının 29,2 faizinə bərabərdir. Bank, həmçinin 2448 ticarət və xidmət müəssisəsində POS-terminallar quraşdırmaqla, bu tip cihazların sayını 7399-a çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

AzərTAc

Ən sərfəli krediti almaq üçün müraciət et