Bazarların gözlədiyi kritik məlumatlar açıqlandı | Banco.az

Bazarların gözlədiyi kritik məlumatlar açıqlandı

Qlobal bazarların səbrsizliklə gözlədiyi ABŞ-da Avqust ayı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı göstəriciləri açıqlandı.

ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 130 min artıb. Proqnoz 160 min idi.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 130 min ilə üç ayın ən aşağı artımını qeyd edib.  

İşsizlik nisbəti 3.7%-də dəyişməz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Orta saatlıq maaş aylıq müqayisədə 0.4 faiz, illik 3.2% artıb. Proqnozlar müvafiq olaraq 0.3 faiz, 3.1 faiz idi.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et