Bazarda çox istifadə edilən 10 maliyyə bazarı termini! | Banco.az

Bazarda çox istifadə edilən 10 maliyyə bazarı termini!

Bank  sahəsində xəbərdar olmadığımız yüzlərlə, bəlkə də minlərlə termin mövcuddur. Hər həftə olduğu kimi yenə sizə həmin terminlərdən ən lazımlı 10 dənəsini seçərək məqalə şəklində təqdim etmişik. Ümid edirik faydalı olacaqdır.

1) Bank çeki - Bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.

2) Bank krediti - Bank tərəfindən, bağlanmış müqa viləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqı) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə yanaşı, pul vəsaitinin verilməsi haqqın da götürülmüş başqa hər hansı öh dəlik, təminat, zəmanət, borc qiymət li kağızlarının diskontla və ya faiz lər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq lar da kredit münasibətlərinə aiddir.

3) Bankın filialı - Ölkənin mərkəzi bankı tərəfindən təqdim olunan lisenziya çərçivəsində kommersiya bankının funksiyalarının tam, yaxud bir hissəsini onun yerləşdiyi fiziki məkandan kənarda həyata keçirən qeyri-müstəqil qurum, ana bankın struktur bölməsi.

4) Çek-kaunter - Bankın öz müştərisinin hesabında olan pul vəsaitlərini bu və ya digər məqsədlər üçün istifadə etdiyi halda onlara təqdim etdiyi qəbz, çek

5) Depozit sertifikatı - Bank və ya digər maliyyə institutuna depozit (əmanət) qoyuluşuna görə qoyulmuş vəsaitin geri ödəniləcəyi tarixi və faiz dərəcəsini göstərən müqavilə üzrə müştəriyə təqdim olunan sənəd (qəbz). Kommersiya bankları və ya əmanət institutları tərəfindən buraxılan qısa və ya orta müddətli borc alətidir.

Ən sərfəli kredit üçün müraciət et

6) Ehtiyyat tələbləri - Banklara qoyulmuş depozitlərin müəyyən bir hissəsinin bu bankların Mərkəzi Bankdakı hesablarında saxlanması tələbi. Mərkəzi Bank ehtiyat tələblərini artırıb-azaltmaq.

7) Klirinq bank - Fəaliyyəti öhdəliklərin qarşılıqlı əvəz edilməsi üzrə aparılan hesablaşma sistemi əsasında formalaşan kommersiya bankı. Klirinq bankı alıcı ilə satıcı arasında klirinq münasibətləri üzrə hesablaşma xidməti həyata keçirir

8) Qeyri - rezident bank - Bir ölkənin ərazisindən kənarında yerləşməklə xarici dövlətlərin qanunvericiliyinə uyğun olaraq bank və ya digər kredit təşkilatı olan qeyri-rezident – hüquqi şəxsdir.

9) Mərkəzi bankın qısamüddətli notları - Mərkəzi Banklar tərəfindən bir ilədək müddətə buraxılan və buraxılmasında əsas məqsəd dövriyyədə olan pul kütləsinin tənzimlənməsi olan adlı sənədsiz dövlət qiymətli kağızlar.

10) Bank diversifikasiyası - Bank aktivlərinin borc alanların mümkün böyük dairəsi arasında kredit riskinin azaldılması (borc alanların ödəmə qabiliyyəti olmamasına görə itki ehtimalı) prosesidir.

Ən sərfəli krediti almaq üçün müraciət et